Dünyanın ən populyar smartfonu bəlli oldu

1291

2017-ci ilin IV rübünün yekunlarına görə, dünyada ən çox satılan smartfon “iPhone X” olub.  “Apple” bazara 29 milyon smartfon çıxarıb.

Oxu.Az verir ki, araşdırmanın nəticələri “Canalys” adlı müstəqil analitik şirkətin saytında dərc olunub.

“Noyabrın əvvəlində “Apple” şirkətinin satışda müəyyən problemlərlə üzləşməsinə baxmayaraq,  noyabrın sonunda və dekabr ayında istehsalda nəhəng artım olub. Bu rübün sonuna şirkətə tələbatı tam ödəməyə, hətta onu üstələməyə imkan verib”, – deyə analitik Ben Stenton bildirib.

Bahalı “iPhone X”-in populyarlığı iki faktorla bağlıdır: kreditlərdən asanlıqla yararlanmaq imkanı və köhnə cihazların mübadiləsi proqramı. Belə ki, köhnə “iPhone” istifadəçisi öz smartfonunu təhvil verməklə, endirimlə yeni modeli əldə edə bilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər