“Facebook”da hər şey dəyişəcək

150

“Facebook”un qurucusu və sahiblərindən biri Mark Zukerberq rəsmi səhifəsində “Facebook”da hər şeyin dəyişəcəyini yazıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, ən çox istifadəçiyə sahib olan “Facebook” sosial şəbəkəsində əsaslı dəyişikliklər aparılacaq. Mark Zukerberq bundan sonra “Facebook”da daha az xəbər, reklam və təqdimata yer veriləcəyini bildirib:

“İstifadəçilərdən ümumi paylaşımların – xəbər, reklam və təqdimatların şəxsi paylaşımları kölgədə qoyduğuna dair çoxsaylı şikayətlər gəlir. Göstərdiyimiz xidmət sadəcə, əyləncə istiqamətli deyil, istifadəçilərin məmnunluğu bizim üçün çox əhəmiyyətlidir”.

Qeyd edək ki, 2017-ci ildə “Facebook”da bir saxta xəbər linkləri ilə bağlı böyük skandallar yaranmışdı. Buna görə də şirkət bu ildən etibarən köklü dəyişikliklər üçün yeni plan hazırlayır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər