Hava ilə bağlı yanvarın 11-ə qədər xəbərdarlıq edildi - PROQNOZ

1887

Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraitinin nə vaxta qədər davam edəcəyi açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər NazirliyininMilli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a açıqlamasında bildirib ki, hazırda ölkədə müşahidə olunan qeyri-sabit hava şəraiti yanvarın 11-i gündüz saatlarınadək davam edəcək: “Əvvəlcədən xəbər verildiyi kimi, yanvar ayının 9-u axşamdan 10-u səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunub. Güclü şimal-qərb küləyi əsib. Bəzi yerlərdə yağış, sulu qar, qar yağıb. Gecə yağan qar nəticəsində bəzi yerlərdə qar örtüyü əmələ gəlib”.

Direktorun sözlərinə görə, belə hava şəraiti bu gün də davam edəcək: “Yanvarın 11-i gündüzdən hava şəraitinin sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər