Hepatitə yoluxmamaq üçün hansı qaydaları bilməliyik? - AQS Dental tövsiyə edir

2226
HEPATİTLƏR
  Hazırda cəmiyyətimizdə qlobal problemə çevrilən mövzulardan biri də hepatitlərdir. Bununla bağlı Sumqayıtda fəaliyyət göstərən AQS LAB tibbi analiz mərkəzində çalışan həkim-laborant Məftunə Cəbişova ilə həmsöhbət olduq. Həkim Xeberle.com-a son vaxtlar daha çox yayılan Hepatit virusları barədə danışdı.
 Mütəxəssisin söylədiklərini olduğu kimi təqdim edirik. – Hepatitlər dedikdə qaraciyərin zədələnməsi, qaraciyərdə gedən iltihabi proseslər nəzərdə tutulur. Qaraciyərin zədələnməsinə səbəb olan amillər çoxdur. Bunlardan ən önəmlisi viruslardır. Bu viruslar hepatit  A,  B,  C ,  D,  E olaraq tanınır. Gəlin onların hər biri ilə qısa da olsa, məlumat əldə edək.
Hepatit A – Botkin xəstəliyi – bildiyimiz “sarılıq”dır. Virusların içində müalicəyə rahat tabe olan xəstəlikdir. Yoluxma yolu – fokal –oraldır. Qorxulu olmasa da, müalicəsi mütləqdir. Çox az ehtimalla qaraciyəri zədələyə bilir. İmmun sistemindən asılı olaraq çox nadir hallarda yaşlı insanlarda qaraciyər çatışmazlığına gətirib çıxara bilir.
Hepatit B – ən qorxulusu, ən geniş yayılan viruslardandır. İnsan orqanizmində illərlə gizli qala bilir. İmmun sistemi zəifləyən kimi özünü büruzə verir. Müalicə olunmasa, qaraciyər serrozu və ya qaraciyər xərçənginə gətirib çıxara bilir. Müalicəsi orta hesabla 5 il çəkir. Amma virus orqanizmdən tamamilə təmizlənmir, sadəcə aktiv haldan, inaktiv (passiv) hala salınır. Hepatit B üçün peyvəndlər mövcuddur. Bu peyvənd vasitəsi ilə yoluxma riski daha da azalır. 1990-cı ildən bu günə kimi yenidoğulmuşlarda bu peyvənd tətbiq olunur.
Hepatit C – azı hepatit B qədər qorxulu bir virusdur. Digərlərindən fərqi daha aqressiv olaraq qaraciyəri sürətlə zədələməsidir. Lakin bu virus müalicəyə tez tabe olur. Virus müalicə olunaraq aktiv haldan passiv hala keçir. Ümumdünya səhiyyə təşkilatının verdiyi son məlumatlara görə ən son müalicəvi preparatların təsirindən virus neytrallaşdırılaraq hətta orqanizmdən tamamilə silinir. Əfsuslar olsun ki , hepaptit C-nin peyvəndi hələ ki, aşkarlanmayıb. Bunun da səbəbi virus orqanizmə düşdükdə genomenini dəyişməsidir.Hepatit D – yarımçıq bir virusdur. Sərbəst halda yaşamır. Bu virusun mövcudluğu üçün hepatit B mütləqdir. Bu iki viruslar birləşdikdə daha da sürətlə qaraciyər toxumalarını zədələyir.
Hepatit E – bu virus haqqında dolğun məlumatlar yoxdur. Hepatitlərin təyin olunması üçün bir neçə laborator müayinə aparılır. Öncə kart –test üsulu ilə virusun olub-olmaması, İFA üsulu ilə virusun antigeni aşkarlanır, PZR üsulu ilə müayinədə isə hüceyrə səviyyəsində virusun yükü təyin olunur. Hepatitli xəstələr bir şeyi unutmamalıdırlar ki, müalicədən sonra virus blokadaya alınsa belə vaxtaşırı müayinə olunmalıdırlar. Çünki virus inaktiv haldan aktiv hala keçə bilər. Ümumdünya Səhiyyə Təşkilatı bu müayinələrin 3-6 aydan bir vaxtaşırı aparılmasını vacib bilir. – Hepatit B və C-nin yoluxma yolu daha çox qan vasitəsilədir. – Hepatitlərə sterilizasiyası müasir tələblərə uyğun gəlməyən tibb müəssisələrində, gözəllik salonlarında, tatuaj salonlarında, narkomanlarda daha çox rast gəlinir. Doğuş zamanı anadan dölə keçməsi, cinsi əlaqə vasitəsi də ehtimallar arasında mövcuddur. Hepatitlər heç bir klinik şikayət vermir. Kəskin və xroniki formada olur. Kəskin formada xəstələr sarılıq, qaraciyər ətrafında kəskin ağrı, yüksək hərarət, dərinin tamamilə avazıması, nadir hallarda isə qan qusma ilə həkimə müraciət edirlər. Bu zaman hepatit və ya qaraciyərin xərçəngi ilə üzləşirik. Xronik formada isə bütün xəstəliklərdə olduğu kimi xəstələrdə ümumi yorğunluq , halsızlıq, iştahasızlıq müşahidə olunur. Bütün bunlardan qorunmaq üçün müraciət etdiyiniz müəssisələrin sterilliyindən əmin olun və ildə heç olmasa bir dəfə müayinələrdən keçin. AQS LAB tibbi analiz mərkəzi olaraq əhalimizin sağlamlığının keşiyində durmağa daima hazırıq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər