İndi hamı evlənəcək…

1007

63a855ff3ea9Bu gün gənclərimizin ailə həyatı qurması ilə bağlı təzadlı vəziyyət yaranıb. Bununla bağlı bu gün iki problem gündəmdədir. Bir tərəfdən həddi-buluğa çatmayan qızların vaxtından əvvəl ərə verilməsi təhlükəli tendensiya kimi qəbul edilir. Digər tərəfdən isə oğlanların, dolayısıyla qızların gec ailə qurması dövləti əməlli başlı narahat edir.

Statistika göstərir ki, 2009-cu ildə ölkəmizdə 90 min nikah bağlanıb ki, həmin nigaha girmiş şəxslərin ən azı 9 mini sonradan ailələrini dağıtmaq qərarına gəlib. Bu rəqəm 2000-ci ildə 50 minin 5 minə nisbətində olub. Gənclərin ailə həyatı qurmağa tələsməməsi və ya evləndikdən sonra boşanmalarına səbəb kimi sosial və mənəvi psixoloji faktorlar irəli sürülür.

Bu gün kişilərdə ailə həyatı qurmaqla bağlı orta yaş həddi 27, qadınlarda isə 24 götürülür ki, bu da elədə ürəkaçan göstərici deyil. Bakı və Sumqayıtda vəziyyət daha da acınacaqlıdır. Maddi durumdan irəli gələrək evsizlik, işsizlik, psixoloji faktor olaraq inamsızlıq kimi problemlər Azərbaycan gəncinin vaxtında ailə qurmasına mane olur.

Bu günə qədər hökumət və ictimai qurumlar gəncləri ailə həyatı qurmağa sövq etmək üçün təəssüf ki, vahid proqram işləyib hazırlamayıb. Bu hal rayonlarda nisbətən yaxşıdır. Müşahidələr göstərir ki, kənd rayonlarında yaşayan ali təhsili olmayan gənclər daha tez ailə həyatı qurur. Ali təhsilli kənd uşaqları isə belə bir addım atmaq barədə 25 yaşdan sonra fikirləşir.

Bu arada Milli Məclis gəncləri daha erkən ailə həyatı qurmağa sövq etmək üçün yeni qanun layihəsi üzərində işləyir. «Gənc ailələrin sosial müdafiəsinin gücləndirilməsi haqqında» adlı qanun layihəsinin məqsədi nisbətən kasıb ailələrdən olan gənclərin sosial müdafiəsini gücləndirməkdir. Layihədə bunun üçün bir çox sosial güzəştlər nəzərdə tutulur. Əgər qanun qəbul olunarsa yeni evlənən kasıb gənclərə birdəfəlik maliyyə yardımı veriləcək. Bunun üçün evlənən tərəflərdən birinin yaşının 35-dən aşağı olması kifayətdir. Sözügedən ailələrdə ikinci və üçüncü uşaq olduqda birdəfəlik pul yardımının məbləği artırılacaq.

Qanun layihəsində gənc ailələri də əhatə edən sosial ipoteka kreditlərinin genişləndirilməsi, şərtlərin yumşaldılması, gənc ailələrin daimi iş yerləri ilə təmin olunması və sair şərtlər də nəzərdə tutulur. Xatırladaq ki, sözügedən layihənin ilin sonuna qədər Milli Məclisin plenar iclasına çıxarılması nəzərdə tutulub. Mütəxəssislər hesab edir ki, bu qanun layihəsi qəbul olunsa gənclərdə ailə həyatı qurmağa maraq indiki vəziyyətdən xeyli yüksək olacaq.

Mövzu ilə bağlı Sumqayıt gəncləri arasında kiçik bir sorğu apardıq. Məlum oldu ki:

Vüsal Seyidov (26 yaş): «Karyeramı qurmamışam, kifayət qədər pulum yoxdur, ona görə də ailə həyatı qurmamışam. Özümü güclə saxlayıram, hələ bir qız da saxlayım?»

Aynurə Məmmədova (28 yaş): «Camaat iş tapmır nə evlənmək bazarı? Məncə hər şeyi pul həll edir.»

Müqabil Hüseynov (28 yaş): «Hal hazırda nişanlıyam. Yəqin ki, bir ilə evlənərəm. Gecikməyimin səbəbi ailə həyatına hazır olmamağımdır»

Ziyəddin Əliyev (23 yaş): «Məndən olsa sabah evlənərəm. Ancaq hal hazırda təhsil alıram, odur ki, hələ olmaz»

Sevinc Qulamova (32 yaş): «Alan yoxdu…»

Əbülfət Amalov (27 yaş): «Dostlarımın hamısı evlidir. Onlar məni daşındırır fikrimdən. Deyilənə görə ailə saxlamaq çox çətindir.»

Gördüyünüz kimi fikirlər müxtəlifdir. Ancaq ən əsas səbəb təbii ki, gənclərin daimi gəlir yerinin olmaması, maddi durumun acınacaqlı olması, ev problemi və sairdir. Yəqin ki, Milli Məclisdə haqqında danışdığımız qanun qəbul olunduqdan sonra gənclərimizin ailə qurmaq problemi də öz həllini tapacaq…Digər problemlər kimi.

Elşən

P.S. Qanunda nəzərdə tutulacaq pul mükafatına uyub yenidən evlənmək məqsədi ilə boşanmayın. Hökumət siz düşündüyünüz qədər də hərif deyil.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • BAHAR
    Mart 25, 2010 - 20:04

    Aileyle bagli movzular olanda lap ureknen serh yaziram.Men ozum 20 yasimda aile qurmusam.Yoldasim menden yasca boyukdu ,bir-birimizi de cox gozel basa dusuruk .nece yasda evlenirlerse evlensinler amma bir-birlerine qarsi sedaqetli olsunlar.Bir-birlerine guvensinler.Cox vaxt deyirler ki,evlenenden sonra o insan adilesir ne bilim ne.Ona qalsa heyatda alissdigin her sey adilesir .Maragi gerek ozun yaradasan oz heyatinda.Omur-gun yoldasi nece adilese biler axi.Neyseki herenin oz duusncesi var.
    Evlenmemisden once yaxsi-yaxsi fikirlesin.Evlenmisinizse calisin butun maraqlari oz ailevizde tapin

  • Elshen
    Mart 29, 2010 - 13:27

    Bahar xanim axi heyat siz dediyiniz qedere besit deyil…

  • BAHAR
    Mart 30, 2010 - 17:34

    ELBETTEKI ELSHEN BEY,HEYAT BESIT DEYIL.MEN UMUMI FIKRIMI BILDIRMISEM.MEN DEMIREM KI,HEYAT BESITDIR.AMMA HERDEN INSANLAR OZLERI CETINLESDIRIR HEYATLARINI.NE QEDER RAHAT HEYATIMIZ OLSUN VALLA YENE DE NARAZILIQ ELEYIRIK.DAHA ARTIGIN ISTEYIRIK.
    DUZDU ELE AILE VAR KI,HER SEY YOLUND AGEDIR,BIRDEN BIRE YA QADIN,YA DA KISI DEYISILIR.EVVELLER HEC BIRUZE VERMEDIYI XASIYYETI CIXIR ORTAYA.YENI BUNLARDAN TAM OTURUB HERTEREFLI YAZSAQ UZUN CEKER.
    UMUMILIKDE DEYIREM KI,EVLENMEDEN ONCE YENE DE YAXSI-YAXSI FIKIRLESMEK LAZIMDIR.BIR ADAMNAN OTURUB AZ DA OLSA DANISANDA ONUN SENE UYGUN OLUB-OLMADIIGNI BILMEK OLUR.NEYSE YAZDIQCA MOVZU BASQA YERLERE GEDIB CIXIR.

Elshen üçün bir cavab yazın Cavabı ləğv et

Facebook Şərhlər
Bənzər Xəbərlər