Keçmiş qaynını öldürməyə cəhddə təqsirləndirilən sumqayıt sakininin cəzası azaldılıb

886

Bakı Apellyasiya Məhkəməsində keçmiş qaynının gözünü çıxararaq öldürməyə cəhddə təqsirləndirilən Səyyaf Həsənovun apellyasiya şikayətinə baxılıb.

Vəkil Fariz Namazlının APA-ya verdiyi məlumata görə, məhkəmə şikayəti qismən təmin edib və onun cəzasını 14 il 6 aydan 10 il 3 aya endirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Həsənov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, S.Həsənov keçmiş qaynı Elnur Cəbrayılovu yaşadığı mənzildə qətlə yetirməyə cəhddə ittiham edilir. Rəsmi məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 40-cı Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 25-də Bakı şəhər sakini E.Cəbrayılovun evinə girib ona üz nahiyəsindən kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini S.Həsənov tutulub.

Hadisə 2016-cı il iyunun 25-də Binəqədi rayonu, Sulutəpə qəsəbəsində qeydə alınıb.

O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunub.

S.Həsənov isə istintaqda və məhkəmədə verdiyi ifadəsində ittihamı qəbul etmədiyini və hadisə günü Bakıda olmadığını deyib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər