MDB istehsalı olan avtomobil sahiblərinə XƏBƏRDARLIQ - VİDEO

1258

Bu ayın əvvəlindən MDB dövlətlərində istehsal olunan nəqliyyat vasitələrinin texniki baxışına start verilib. Cəriməni ödəməyən sürücülərin avtomobilləri texniki baxışdan keçirilməyəcək. FED.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Kamran Əliyevin sözlərinə görə, yanvarın 1-dən etibarən MDB dövlətlərində istehsal olunan nəqliyyat vasitələrinin texniki baxışına start verilib. Buna görə də, sürücülər texniki baxışdan keçmədən öncə törədilən müvafiq inzibati xəta ilə bağlı cərimələri ödəmələri tövsiyə olunur.

Kamran Əliyevin sözlərinə görə, əgər ödəniləcək cərimənin müddəti 2 ayı keçməyibsə bu halda da sürücülərin narahat olmasına ehtiyyac yoxdur. Törədilən inzibati xəta ilə bağlı materiallar hər hansısa səbəbdən yəni, sahibi və ya nəqliyyat vasitəsini idarə edən şəxs qeydiyyat ünvanı üzrə yaşamırsa, həmin avtomobilin sahibini tapıb sənədləri ona çatdırmaq mümkün olmayıbsa, belə vəziyyətdə də sürücülər nəqliyyat vasitəsini texniki müayinədən rahatlıqla keçirə bilərlər. Əsas yenilik isə, texniki baxışdan keçməyən sürücülərin xüsusi avadanlıq vasitəsilə aşkar edilərək cərimə olunması ilə bağlıdır.

İdarənin Dövlət Avtomobil müffətişi Elgiz Teymurov deyir ki, sürüclər əksər hallarda qoyulan müddətin sonuna yaxın müayinə mərkəzinə gəlirlər ki, bu da sıxlığın yaranmasına səbəb olur

Qeyd edək ki, yanvarın birindən başlayan MDB dövlətlərində istehsal olunan nəqliyyat vasitələrinin texniki baxış müddəti aprelin 30-də bitir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər