Mətanət Məhərrəmova: “İnsanları sevindirmək,onlara maddi yardimdan cox,mənəvi dayaq olmaq cox qürurvericidir”

1207

Martın 10-da Azərbaycanda Qızıl Aypara Cəmiyyətinin yaranması günü ilə əlamətdardır.  Həmin günü bu sahədə çalışanlar öz peşə bayramlarını qeyd edirlər. Bu fədakar peşəyə xidmət edən insanlardan biri də Azərbaycanda Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmovadır. Onunla söhbətimizdə həm peşə fəaliyyəti, həm də digər məsələlər barədə danışdıq. Həmsöhbətimin fikrincə, hər bir kəsin cəmiyyətdə hansı vəzifə, ad, titulla tanınmasından daha vacib olanı onun insanlığı, insan kimi tanınmasıdır. Mətanət xanımın fikrincə,  insanlıq, xeyirxahlıqla sıx bağlı olan bir qurumun işində çalışmaq xoşdur. Çünki bu cəmiyyətin mərhəmətli işi, humanitar fəaliyyəti, həyata keçirdiyi bir çox layihələrdə özünü daha aydın tapa bilər.  Mətanət xanım bizimlə söhbətində rəhbərlik etdiyi təşkilatın əsas fəaliyyət istiqamətləri, həyata keçirdikləri layihələr, təddbirlər və gələcək perspektivlər barədə də danışıb.

– Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsi nə vaxtdan fəaliyyətə göstərir? Əsas fəaliyyət istiqamətlərinizə hanslı sahələr daxildir?

– Azərbaycan Qızıl Aypara Cəmiyyəti 1920-ci ilin martın 10-da general-leytenant Əliağa Şıxlinskinin təşəbbüsü ilə təsis edilmişdir. Demək olar ki,Sumqayıt şəhəri yarandıgı vaxtdan bu cəmiyyət burada da fəaliyyət göstərir. Sumqayıt şəhər bölməsinin həyata kecirdiyi fəaliyyətlər istiqamətlərinə gəldikdə isə, Gənclər və Könüllülər xidməti,Fövqəladə Hallara Hazırlıq və Cavabvermə, Sağlamlıq və Qayğı, Qan Donorluğu, HİV-AİDS-ə qarşı maarifləndirmə, İlk Yardım, Humanitar Dəyərlərin Yayımı, Axtarış xidmətini qeyd edə bilərəm.  Azərbaycan Qızıl Aypara Cəmiyyəti humanitar sahədə hökumətin ən etibarlı dayaqlarından birinə çevrilib. Bu, cəmiyyət tərəfindən həyata keçirilən tədbirlərdə özünü göstərir. Beləki, respublikanın müxtəlif regionlarında təbii və digər fəlakətlər zamanı Qızıl Aypara Cəmiyyəti tərəfindən zərərçəkmişlərə operativ surətdə ilk yardım və sosial-tibbi xidmətlər göstərilir. Bu sahədə Cəmiyyətin səmərəli fəaliyyətini nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 aprel 2008-ci il sərəncamı ilə hər il mart ayının 10-u Azərbaycanda “Qızıl Aypara Günü” kimi qeyd olunur. Məlumunuz olduğu kimi “Azərbaycan Respublikası Qızıl Aypara Cəmiyyətinə Dövlət qayğısının artırılması” haqqında Respublika Prezidenti cənab İlham Əliyev 31 yanvar 2004-cü il 70 saylı sərəncam vermişdi. Respublikamızda yaşayan tənha və kimsəsiz kateqoriyasından olan insanlara diqqət və qayğının artırılması cəmiyyətimizin qarşısında duran ən mühüm və zəruri məsələlərdən biridir. Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin sosial, tibbi-sağlamlıq və xeyriyyəçilik proqramlarının həyata keçirilməsinə köməklik edilməsi haqqında  Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Eldar Əzizov 18 noyabr 2011-ci il 207 №-li sərəncamın imzalamışdır. Və şəhər icra hakimiyyəti başçısının imzaladığı son sərəncamdan sonra isə cəmiyyətin fəaliyyətində bir sıra müsbət yönümlü dəyişikliklər olmuşdur.

– Rəhbərlik etdiyiniz təşkilatın son illərdə hansı layihələri reallaşdırıb?

–  Qızıl Aypara Cəmiyyəti keçən il ərzində bir sıra uğurlu layihələrə imza atmışdır. Buna misal olaraq “Azərikimya” İB-lə birgə həyata keçirilən “Mərhəmətli olmağa tələsin” layihəsi çərçivəsində 350-dən çox aztəminatlı ailə, valideyn himayəsindən məhrum, əlil uşaqlar isti geyimlə təmin edilmişdir. Bundan başqa əlil  uşaqlara kömək məqsədi ilə“Azərikimya” İB-lə birgə həyata keçirilən “Sevin bizi necə varıq, qayğınız üçün minnətdarıq” layihəsi çərçivəsində sərgi-satış auksionu təşkil edilmişdir. Auksiondan əldə edilən vəsaitlə  Sumqayıt şəhərində sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi tipli internat məktəbinin abadlaşdırılması və uşaqlar üçün müəyyən avadanlıqların alınması nəzərdə tutulmuşdur. Ən böyük layihələrdən biri isə “İsti yemək” layihəsi idi ki, burda da insanlar isti yeməklərlə təmin olunmuşdur. Layihə bir neçə ay mütəmadi olaraq keçirilmişdir.

–  Mətanət xanım, bir xilaskar kmim özünü necə xarakterizə edərdi?

– Mən özümə xilaskar deməzdim.Sadəcə olaraq öz işimin vurgunuyam və gördüyüm işlərdən sonsuz zövq alıram.Bildiyiniz kimi, bizim əsas iş prinsipimiz əhalinin ən həssas və qaygıya ehtiyacı olan yaşlı təbəqəsinə xidmət göstərməkdir.Belə insanları sevindirmək,onlara maddi yardimdan cox,mənəvi dayaq olmaq,onlarda  yaşam həvəsini artırmaq,cox qürurvericidir. Hər bir kəsin cəmiyyətdə hansı vəzifə, ad, titulla tanınmasından daha vacib olanı onun insanlığı, insan kimi tanınmasıdır. İnsanlıq, xeyirxahlıqla sıx bağlı olan bir qurumun işində çalışmaq xoşdur. Çünki bu cəmiyyətin mərhəmətli işi, humanitar fəaliyyəti, həyata keçirdiyi bir çox layihələrdə özünü daha aydın tapa bilirəm

-.  Həm də siz bir anasınız. İşinizin çətinlikləri ailədə problemlər yaratmır ki?

– Bəli,fəxrlə deyə bilərəm ki,mən nəinki anayam,həm də nənəyəm. Dörd nəvəm var.Calışıram ki,işdən sonra boş vaxtımı onlarla bərabər kecirim.Bu mənim işimə hec bir manecilik törətmir.

– Belə bir deyim var. Müqəddəs olanlar öz vəzifələrini layiqiincə yerinə yetirən insanlardır. Bu fikrə münasibətinizi bilmək maraqlı olardı.

– Məncə hər bir insan calışdıgı sahədə öz işini layiqincə yerinə yetirməlidir. Müqəddəslik isə cox böyük məfhumdur… Müqəddəs peşə sahibləri xeyirxahlıq üçün yaranır, öz xoşbəxtliklərini də xeyirxah əməllərinə görə tapırlar. Müəqddəslər el arasında yüksək keyfiyyətlərinə görə tez tanınır, sevilir, seçilir. İnsanların təşəkkürü, rəğbəti  uzun illərin, mənalı ömrün ən böyük sərvəti sayıram. Ancaq onu fərqləndirən əsas keyfiyyəti zəngin mənəviyyatdır. Düşünürəm ki,görülən işlərə dogru qiyməti digərləri verə bilər.

– Sizin sahədə çalışanların hazırki səviyyəsi sizi qane edirmi? Bu peşə sahiblərinə qarşı olan ictimai münasibəti necə qiymətləndirərdiniz?

 Bizim  sahədə calışan insanlar məncə bir az fədakar olmalıdırlar. Müəyyən humanitar bir aksiyanı həyata kecirmək ücün müxtəlif insanlarla qarşılaşmalı olursan. Və ayrı-ayrı düşüncələrə sahib olan insanları bir araya gətirmək cox yorucu olur. Amma həmin aksiyadan bəhrələnən insanların gözundə məmnunluq ifədələrini görəndə bu tədbirə cəkdiyin əziyyəti unudur və mənəvi rahatliq tapırsan.Qaldı o sualınıza ki, bu peşə sahiblərinə ictimai münasibət,-bilirsinizmi,insanlar fərqlidirlər və onların düşüncələri intellektlərinə görədir.Yaxşılıgı qiymətləndirməyənlər isə,sadəcə olaraq, aciz və dayaz düşüncəli insanlardır.

–  Bu sahədə keyfiyyətin artırılması istiqamətində hansı mütərəqqi adımlar atılmalıdır?

– Hazırda bu sahədə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin katibliyində müsbət yonümlü işlər gedir və ümüdvaram ki,bizim işimizin gedişində bu işlər mütərəqqi rol oynayacaqdir.

– Nəhayət, yeni layihələriniz barədə məlumat verərdiniz.

Ötən ilin noyabr ayında Danimarka və Avstriya Qızıl Xaçının əməkdaşları Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi kollektivi ilə görüşmüş, bölmənin işləri ilə yaxından tanış olmuşdur. Və bu görüşün müsbət nəticəsi olaraq Avstriya Qızıl Xaçı “Əlil uşaqlara qayğı”layihəsini həyata keçirilməsində bölməyə köməklik edəcəklərini qeyd etmişlər. Və 2012-ci ildə gerçəkləşdiriləcək layihə artıq hazırdır və yaxın günlərdə layihəyə start veriləcək.  Layihəyə əsasən əmiyyətin 15 nəfər fəal könüllüsü  30 nəfər əlil uşaqla evlərində fərdi məşğul olacaqlar. Onlara dərslərində kömək etmək, müəyyən maraqlı məşğuliyyətləri onlara aşılamaq, gəzintilər təşkil etmək və s. nəzərdə tutulmuşdur. Eləcədə layihə çərçivəsində 15 nəfər daha ehtiyaclı əlil uşağa kompyuterlərin paylanılması da planlaşdırılmışdır.

Və mən fürsətdən istifadə edib, qarşıdan gələn 10 mart Qızıl Aypara Günü ilə əlaqədar olaraq bütün Ayparaçı əməkdaşları və  görülən işlərdə böyük əməyi olan könüllülərimizi səmimi qəlbdən təbrik edir, onları tutduqları bu şərəfli, humanist yolda müvəffəqiyyətlər arzulayıram.

Səmimi cavablarınıza görə minnətdaram. Mətanət xanım, mən də sizi 8 Mart Beynəlxalq Qadınlar günü, həmçinin 10 mart Qızıl Aypara Günü münasibətilə təbrik edir, ailə səadəti və xeyirxah işinizdə uğurlar arzu edirəm.

Söhbətləşdi:   Ramil Zeynallı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • ilqar
    Noyabr 23, 2012 - 05:47

    Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmovaya.Size Bir sualim var 2-ildi ki size bir nafar gasib gadin defelerla muraciyyet edib gomek istaiyib amma indiyadek sizin cemiyyet terefinen hec bayramlarda o insana yardim elini uzatmamisiniz hec yadada salmamisiniz,onda sizin isiniz neden ibareti xais ediram sualima cavab yazsin,ager lazim olsa o insanin adini demaya haziram!

  • Mətanət Məhərrəmova.
    Dekabr 3, 2012 - 22:41

    Hörmətli məchul insan!Məlumat ücün deyim ki,Qızıl Aypara cəmiyyəti Sumqayıt şəhər bölməsi qeydiyyatında olan 70 yaşından yuxarı tənha insanlara yardım göstərir.Və xahiş edirəm özünüzü təqdim edin və söhbət kimdən gedirsə acıqlayın.(Bir az da savadınızı artırsanız,yaxşı olar.Və ya savadlı adama yazdırın demək istədiklərinizi).Mənim ünvanım Sumqayıt şəhəri,H.Əliyev prospekti,22/27,Tel.nöm.65-567-41.

  • Mustafa Eraslan
    Dekabr 4, 2012 - 21:10

    Metanet han! neden yalan, derecelendirme yükseltmek için yazoursuz?

  • Mustafa Eraslan
    Dekabr 17, 2012 - 09:56

    Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova siz savadinizi artirisiz kimize tahkir edande?!her ay mekteblerden 50 qep yigirsiz bu boyda Qızıl Aypara Cəmiyyətini biyabir edirsiz ,siz dilancisiz ?haraminiz olsun! sizin Bakida aldiginizin menzilere ,yoqsa muxtelif xarici dovletlerde istrahati biz valideinler odemeliyik.Muxtelif dovlet qurumlara sikaiyet edacaik yoxlasinlar sizi .

Mətanət Məhərrəmova. üçün bir cavab yazın Cavabı ləğv et

Facebook Şərhlər
Bənzər Xəbərlər