Müşfiq Məmmədli: ” İdmançılarımızın hər zaman qələbə qazanacağına əminik”

292

“Azərbaycan hər zaman idman ölkəsi kimi tanınmışdır. Bu ənənə indi də davam etməkdədir. İdman uğurlarını yaşlı nəsildən miras olaraq alan gənc idmançılarımız uğurlara uğur qatmaqda davam edirlər. Əlbəttə ki, dövlətimizin, cənab prezident İlham Əliyevin daim diqqət mərkəzində saxladığı, dəyər verdiyi bu sahədə uğur qazanmamaq sadəcə olaraq mümkün deyil”

Bu fikirləri Millət vəkili Müşfiq Məmmədli açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, ölkəmizdə həm dünya, həm Avropa çempionatları keçirilib və keçiriləcək, Olimpiya Oyunlarının təsnifat turnirləri də əvvəllər keçirilmişdir, gələcəkdə də bu, istisna deyil: “Yay Olimpiya Oyunlarına hazırlığın isə son mərhələsindəyik.
Qarabağ zəfərindən sonra azad edilmiş torpaqlarımızda idman sahəsinin də inkişaf etdirilməsi və bununla bağlı bir sıra məsələlərin həll edilməsi yönündə artıq addımlar atılmışdır. İşğaldan azad edilmiş şəhərlərin baş planı artıq hazırlanıb, təsdiq edilib və bütün bərpa-quruculuq işləri məhz bu baş planlar əsasında aparılacaq və Qarabağımızda da idman obyektləri yaradıcılaqdır. Ağdamın məşhur “İmarət” stadionunun yeni layihəsinin də işlənməsi dövlətimizin bu sahəyə göstərdiyi diqqətin bariz nümunəsidir.
Biz idmançılarımızın hər zaman qələbə qazanacağına əminik və bu yolda onlara uğurlar arzulayırıq”.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər