Nazir generalı yeni vəzifəyə təyin etdi

419

Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Sərdar Səfərov vəzifəsindən azad olunub.

APA-nın əldə etdiyi xəbərə görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Vilayət Eyvazovun digər əmri ilə general-mayor Sərdar Səfərov Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin edilib.

Məlumatı DİN-dən APA-ya təsdiqləyiblər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin sabiq rəisi, polis general-mayoru Oqtay Kərimov bir müddət əvvəl vəzifəsindən azad olunaraq nazir müavini təyin edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər