Nazir: “Sumqayıt Kimya Sənaye Parkına 300 milyon manatdan çox investisiya yatırılacaq” – FOTO

257

İndiyədək Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən 5,3 milyard manat investisiya yatırılıb və 6 000-dən çox insan daimi işlə təmin olunub.

Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında paylaşım edib.

Qeyd olunur ki, parka əlavə 300 milyon manatdan çox investisiyanın yatırılması və 2000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.

“Sumqayıt Kimya Sənaye Parkının yaradılmasının 11 illiyidir. Sənaye parkları dayanıqlı iqtisadi artıma, qeyri-neft sektorunun inkişafına və məşğulluğun təmin olunmasına mühüm töhfələr verir”, – paylaşımda vurğulanır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər