QADINLARA HƏM GƏLİR GƏTİRƏN, HƏM İNKİŞAF ETDİRƏN LAYİHƏ – MÜSAHİBƏ

431

Xəbər verildiyi kimi, bir qədər əvvəl Azərbaycanda qadınlar üçün yeni biznes imkanı olan layihə – «Women Empowerment» işə düşüb. Bu yenilik əl işləri ilə məşğul olan qadınlar üçün yeni biznes imkanları yaradır.

“Gencaile.az” saytı «Women Empowerment» layihəsi, onun iş prinsipləri və qadınlara gətirəcəyi fayda ilə bağlı FED.az-ın suallarını cavablandıran layihənin rəhbəri Ülviyyə Əkbərin müsahibəsini təqdim edir.

 

– Ülviyyə xanım, əvvəlcə məlumat verərdiniz – «Women Empowerment» layihəsinin məqsədi nədir?

– «Women Empowerment» (WE) öz əl işlərinin satışını həyata keçirən qadınlara dəstək məqsədilə yaradılmış sosial sahibkarlıq platformasıdır. Platformanın əsas məqsədi qadınların sosial-iqtisadi inkişafına nail olmaqdır və təbii ki, bu məqsədə nail olmaq üçün platforma öncədən hazırlanmış missiyanı həyata keçirir.

2435229

– «Women Empowerment» layihəsinin fəaliyyəti hansı istiqamətlərdən ibarətdir?

– Platformanın fəaliyyəti ümumilikdə iki əsas istiqaməti əhatə edir. Bunlardan birincisi, əl işlərinin satışını həyata keçirən qadınlara dəstək göstərilərək onların satışının artırılması. İkincisi, platforma üzvləri üçün hazırlanmış “Xüsusi İnkişaf Proqramı”nın həyata keçirilməsi.

Hər bir istiqamət müxtəlif alt fəaliyyətləri əhatə edir ki, bu da platformanın ümumi fəaliyyət konseptini təşkil edir. Fəaliyyətimizlə bağlı ətraflı məlumatı səhifəmizdən izləyə bilərsiniz:

https://www.instagram.com/womenempowerment.aze/

 

– Bu layihəyə kimlər qoşula bilər və qoşulma şərtləri necədir?

– Layihəyə müxtəlif istiqamətlərdə əl işləri hazırlayan və onların satışına dəstəyə ehtiyacı  olan bütün qadınlarımız qoşula bilər. Yəni, bizim layihəyə üzv olmaqla bağlı məhdudiyyətimiz yoxdur. Sadəcə, müraciət edən bütün qadınların əl işləri nəzərdən keçirilir və bazar tələbatın uyğun olmayan məhsullar olduqda biz o qadınlarımızı məhsulların inkişafı prosesinə cəlb edirik. Yəni, İnkişaf Proqramı bütün qadınlar üçün olsa da, Məhsulların İnkişafı Prosesi sadəcə məhsul inkişafına ehtiyacı olan qadınlarımıza şamil olunur. Bizim üçün bütün qadınlarımız dəyərlidir, heç bir xanımı kənarda qoymamağa çalışır, hər birinə individual yanaşırıq.

 

– Layihəyə qoşulmuş qadınların əsas üstünlükləri nələrdir?

– Ümumilikdə WE Platforması olaraq bizim öncəliyimiz üzv qadınlarımızdır. Çünki onların həyatında etdiyimiz hər bir müsbət dəyişiklik bizim uğurumuzun göstəricisidr. Üzvlərimiz kreativ insanlardır və onlar üçün platformanın təqdim etdiyi ən böyük üstünlük onları marketinq, satışın təşkili, müştərilərlə əlaqə, yəni ümumilikdə biznes proseslərindən azad edərək bütün bu proseslərin məsuliyyətini üzərimizə götürməyimizdir. Belə olduğu təqdirdə onlar da daha kreativ məhsullar hazırlaya bilirlər.

Bununla yanaşı, digər önəmli nüans onların məhsulları ilə bağlı davamlı məsləhətlər verilməsi, məhsullarının bazar tələbatına uyğunlaşdırılmasıdır.

Eyni zamanda, platformanın ümumi məqsədində qeyd etdiyimiz kimi, bu bir Sosial Sahibkarlıq Platformasıdır və satışdan əldə olunan gəlir tamamilə xanımlarımızın şəxsi inkişafına yönəldilir. Bu proqram məncə üzvlərimiz üçün ən böyük üstünlükdür.

1177386

– Ülviyyə xanım, indiyədək «Women Empowerment» layihəsi çərçivəsində hansı işlər görülüb və mövcud vəziyyət nədən ibarətdir?

– Layihə çərçivəsində mövcud faza üçün nəzərdə tutulan fəaliyyət planı uğurla həyata keçirilib və hazırda aktiv şəkildə fəaliyyət göstərməkdəyik. Artıq həm onlayn, həm də sərgilərdə satışlarımız davamlı şəkildə həyata keçirilir. Şəxsi İnkişaf Proqramına gəldikdə isə, bu fazada proqramın icrasına da başlamışıq və hələki nəticələr gözləntilərimizə uyğundur. Artıq yetərincə üzvlərimiz mövcuddur, eyni zamanda potensialı yüksək, ancaq təlimlərə ehtiyacı olan xanımlarımızın siyahısı hazırlanıb və yaxın zamanda təlimlərə start verəcəyik. Görülmüş işlər yetərincə çoxdur, sadəcə bildiyiniz kimi istənilən layihənin uğurlu icrasında ilkin priodda daha çox baza işləri həyata keçirilir ki, sağlam addımlaya bilək. Biz də bu periodu keçdik və düşünürəm ki, bunun sayəsində daha uğurlu işlər icra edəcəyik.

 

– Hazırda layihəyə neçə istifadəçi qoşulub?

– Layihəyə müraciət edən qadınların sayı hər gün artmaqdadır və biz bu siyahını istehsalçıların bilik və bacarıqları, mövcud təcrübəsi və hazırladıqları məhsula əsasən iki əsas istiqamətə bölmüşük. Bazar tələbatına uyğun məhsul istehsalı ilə məşğul olan istehsalçılar – hazırda onların sayı 50-dən çoxdur. İstedadlı, sadəcə təlimə ehtiyacı olan xanımlar – hazırda siyahımızda yüzlərlə belə xanım mövcuddur.

 

– Hazırda layihədə hansı məhsullar satılır və onlar hansı kriteriyalara bölünür?

– Məhsullarımız ümumilikdə bir neçə qrupa bölünür və artıq satışı həyata keçirilən məhsullar ilk qrupumuzdur. Bu məhsulların hər biri öncədən təyin olunmuş prosesdən keçir və son olaraq satışa çıxarılır. Məhsullarımızla bağlı ilk əsas kriteriya təbii ki, onların keyfiyyəti və bazar standartlarına cavab verməsidir. Bu kriteriyanı artıq müştərilərimiz və partnyorlarımız da platformada satışa çıxan məhsullara baxdıqda açıq şəkildə görməkdədir. Bütün məhsullar tamamilə əl işidir və xüsusi olaraq istehsalçılar tərəfindən hazırlanır və instagram səhifəmizdə hər bir məhsul haqqında individual olaraq informasiya təqdim olunur: https://www.instagram.com/womenempowerment.aze/

1482095

– Ülviyyə xanım, «Women Empowerment»  layihəsi çərçivəsində hər hansı dövlət və ya özəl qurumlarla əməkdaşlıq gözlənilirmi?

– Layihənin fəaliyyəti əvvəlcədən planlaşdırılıb və bir neçə fazadan ibarətdir. Hazırda məhz əməkdaşlıq istiqamətində işlər aparılır. Əməkdaşlığımız həm dövlət, həm də özəl qurumlarla olacaq. Yaxın zamanda bununla bağlı ictimaiyyətə də məlumatlar təqdim edəcəyik.

 

– Layihənin gələcək planları haqqında qısa olaraq məlumat verə bilərsiniz?

– Layihənin hədəfləri və buna uyğun olaraq fəaliyyət planımız öncədən hazırlanıb. Təbii ki, praktiki olaraq tətbiq etdikcə bəzi planlarda dəyişikliklər olur və bu da düşünürəm ki, normaldır. Hər bir plan haqqında detallı məlumat vermək tezdir ancaq, ümumilikdə qeyd edə bilərəm ki, əsas planımız mümkün qədər çox qadınlarımıza faydalı olmaq, yəni istehsalçılarımızın sayı və məhsul çeşidliliyimizi artırmaqdır. Çünki, təcrübə göstərir ki, hazırda buna ehtiyac çoxdur.

Eyni zamanda öncədən hazırlanmış İnkişaf Prqramını uğurlu tətbiq etmək və Platformanın fəaliyyəti çərçivəsində uğurlu layihələr icra etməkdir.

2681362

1897210

1102087

340532

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər