Ramil Usubov: Yol polisinin vəzifəsi cəzalandırmaq deyil

658

Yol-patrul xidmətinin əməkdaşlarının başlıca vəzifəsi hərəkət iştirakçılarını cəzalandırmaq deyil, yol hərəkətinin təhlükəsizliyini və tənzimlənməsini təmin etmək, onu kobudcasına pozanların, özünün və başqalarının həyatına təhlükə yaradanların qarşısını almaqdır.

Oxu.Az xəbər verir ki, bunu DİN Baş Dövlət Yol Polisi İdarəsində müşavirəsi zamanı daxili işlər naziri Ramil Usubov bildirib.

Nazir yol hərəkətinin iştirakçıları, o cümlədən sürücülər arasında cəmiyyətdəki mövqeyinə, tutduğu vəzifəyə, peşəsinə görə özünü qanundan üstün tutan, törətdiyi qayda pozuntusuna rəğmən, imtiyaz tələb edən şəxslərin mövcudluğunu təəssüflə xatırladaraq, belələrinə münasibətdə qanunla müəyyən edilmiş qaydada qəti tədbirlərin görülməsini tələb edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər