Rənglər

1157

nuraneDünyada bizlərə çox şeyləri aydınca izah edən milyonlarla işarələr var. Bu “heroqlifləri” oxumağı bacaranlar dünyanın gərdişini, “niyə” və “necə”sini hamıdan yaxşı dərk edir və alicənablıqla susur. Bu, susmağın qızıl olduğuna görə deyil. Barının çoxluğundan başını aşağı dikən ağaclar məsələsi də susmağa haqq qazandırmır. Bu susqunluq “ali mərtəbə”yə çatmış insanların ruhi tənəffüsüdür. Lap nirvanalar kimi. Dünyanı dərk edənlər, onun sirrini rənglərdə tapanlardır. “Rəng” ifadəsinin özündə nə isə qəribə bir ahəng, gizli əl,qızıl barmaqlar, ruhi təskinlik və dinclik var.

Rəngləri müşahidə edən yataq xəstəsinin “gündəliyi”ndən:

“Təbiət çox gözəldir. Əlbəttə, onun Yaradanı da. Çarpayım pəncərənin qırağına qoyulub yataq xəstəsi olduğum üçün. Mənim üç sevimli rəngim və dörd sevimli əşyam var. Səhər erkəndən gözlərimi açıram. Görünməz bir əl pəncərəmi açıq göy və qırmızı xətlə rəngləyir. Bir qədər sonra sevimli əşyalarımdan birini-Günəşi ən hündür yerdə qoyur o əl. Saçaqlarını sığallayıb pəncərəmə göndərir.

Şər qarışır. Görünməz əl pəncərəmi qara və göy rənglərin qarışığı ilə rəngləyir.

…Və nəhayət gecə düşür. Yenə həmin əl pəncərəmi tünd qaraya bürüyür. “Oyuncaqlarımı”-ayı və ulduzları səpir göy üzünə…

Mənim Yaradanım, pəncərəm və çarpayım var…”

Sevən bir qızın “gündəliyi”ndən:

“Bu gün çox gözəl gün idi. Onunla görüşdük yenə. Evə qayıdanda yağışa tutulduq. Amma Günəş də var idi göy üzündə. O, mənə dedi ki, göy qurşağı çıxacaq. Elə də oldu – 7 rəngli halqa göründü göy üzündə. Dünyanın ən gözəl mənzərəsi idi. Tez ürəyimdə arzu tutdum. Deyilənə görə, göy üzünün bu möcüzəsi görünən kimi ürəkdə arzu tutmaq lazımdır. Nə isə… Həmin günümüzün ən gözəl rəngləri idi o 7 rəng”.

Təbiət vurğunu olan rəssamın “gündəliyi”ndən:

“Yaşıl otlar arasında rəngbərəng çiçəklər, ağaclarda yarpaqların tozunu silən yağış, tutqunlaşan, açılan buludlar, su səsi (suyun səsi onun rəngidir) Təbiətin ən böyük Rəssamının fırçasından damcılayan işarələrdir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Xeyale Memmedova
    Avqust 25, 2010 - 11:26

    Gozel meqaledi.Ishinizde ve karyeranizda size ugurlar!!!

  • ESMIRA ELIYEVA
    Dekabr 20, 2010 - 12:29

    SUPERDI!

ESMIRA ELIYEVA üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər