"Sanki çənəmi nə isə sıxır" deyənlərə - “AQS dental center”dən TÖVSİYƏ

6266

”AQS dental center”in birgə layihəsi olan “Həkim məsləhəti” rubrikasını təqdim edirik.
Bu dəfəki qonağımız AQS dental center”in həkim stomatoloqu Aydın Novruzov. O, bizə ağıl dişləri ilə bağlı məlumat verdi:

“Ağıl dişləri əsasən 17-25 yaşlarında çıxır, bəzən isə ömrü boyu çıxmaya çənədə yatılı vəziyyətdə qala bilir Ağıl dişlərin çıxması da çıxa bilməməsi də bəzi problemlər yarada bilər, belə ki, diş çıxarkən çənədə öz həcminə uyğun yer olmadıqda xəstə “sanki çənəmi nə isə sıxır” deyə öz hislərini ifadə edir. Belə halda ağıl dişi çıxdıqca ön dişlərin əyilərək diş sırasından kənara çıxmasına səbəb olur.”

Vaxtında cərrahi və ortodontik müdaxilə olunmasa  estetik problemlər yaranır.Tam çıxa bilməyən ağıl dişinin diş ətində şişkinlik, boyun ətrafında isə cib yaranır ki, burada bakteriya və yemək artıqları yığılaraq infeksiya mənbəyinə çevrilir. Nəticədə ağız qoxusu, ağrı, ödəm və bəzi hallarda trizm (ağzın tam açıla bilməməsi halı) yaranır.

Ağıl dişlərini çəkmək həkimdən daha çox bacarıq ve məsuliyyət tələb edir, çünki bu dişlər yerləşdiyi yerə görə digər dişlərdən daha arxada və görünməsi daha azdır, həmçinin köklərinin çox vaxt əyri olmasıda bu məsuliyyəti artırır.
Bir çox pasiyentləri maraqlandıran suallardan biri də ağıl dişlərinin nə üçün gec çıxması və çıxdıqdan sonra digər dişlərə nəzərən daha çox problem yaratmasıdır. Cavab olaraq demək istərdim ki, insanın qida rasionunu ilk dövrlərdə çiy ət təşkil etdiyi üçün daha çox çeynəmə dişləri və çeynəmə hərəkətləri tələb olunurdu, hətta həmin dövrlərdə insanlarda ağıl dişindən sonra da dişlər olub. Lakin zamanla onun əldə edilməsi və ətin bişirilərək yeyilməsi artıq çiy ətdə olduğu qədər çeynəmə hərəkətlərinə və çeynəmə dişlərinə gərək olmadı nəticədə zamanla bu dişlər də öz fınksiyasında reduksiyaya uğradır. Biz qidalanarkən çeynədiyimiz qidaların diş səthlərinə sürtülməsi nəticəsində dişlərimizi təmizləyirik, ağıl dişləri çox arxada olduğuna görə və artıq bugünkü qidalarımızda ilk dövrlərdəki kimi sərt olmadığına görə ağıl dişləri çeynəmədə az iştirak edir və nəticədə digər dişlərə nəzərən az təmizlənir tez kariyesə uğrayır və çıxarılır.“AQS dental center”də ağıl dişləri ilə əlaqədar diş çəkimi və ya müalicəsi tam uğurla həyata keçirilir.
“AQS dental center”ə müraciət edərək dişlə bağlı olan problemlərinizlə bağlı hər cür məsləhət və müalicə ala bilərsiniz.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər