Sevgi və Biznes

2404

Bəşəriyyətin çox böyük qanunu var. Bu qanun bütün sahələrə öz təsirini göstərir, bütün varlıqlar üzərində  hökmranlıq edir. Bu qanun Allahın bizlərə göndərdiyi ən ali qanundur. O,mövcud olduğu hər yerdə inkişafa  gətirib çıxarır. Sevginin biznes aləmindəki gücü nədədir? Sevgi güzgü kimidir. O, iqtisadi qanunlara əks işləyir.  Nə qədər çox sevgi veririksə, əvəzində o qədər fayda geri gəlir.

Biznes aləmində də bu belədir. Məsələn, nə vaxtsa sizə acıqlanıb üstünüzə qışqıran bir kəsə həmin anda  ürəkdən“Mən səni sevirəm” demisinizmi? əgər bunu edə bilmisinizsə sizin çox böyük ürəyiniz var. Həmin anda  dediyiniz bir cümlənin müsbət qarşılığını sonradan mütləq görmüş olmusunuz. Biznes aləmində isə sevgi  dürüstlük deməkdir. Müştərilərə, partnyorlara və xammal təhcizatçılarına qarşı düzgün və dürüst olmaq  dolayısı ilə onlara öz sevginizi göstərmək anlamına gəlir. Bu şəxslər bilavasitə sizdən, siz də onlardan asılısınız.  Siz onlara ürəkdən və rəğbət bəsləməli və öz mənafeyinizlə yanaşı onların da mənafeyini düşünməlisiniz.

Biznesinizi qurarkən reklam müqavilələrində, partnyorlarla kontrakrlarda, müştərilərlə ünsiyyətdə verdiyiniz bütün informasiyalar həqiqi olmalıdır. Satdığınız hər bir xidmət və ya əmtəə, başqalarının cibinə uyğun olduqda siz onların mənafeyini düşünmüş olursunuz. Nəticədə bu şəxslərə sevginizi büruzə verirsiniz. Gəlin əks tərəfini düşünək. Tutaqki, siz minimal qiymətə müəyyən məhsulları alıb maksimal qiymətə başqalarına satırsınız. Bu zaman sizdən mal alan şəxslərin ehtiyaclarını dəyərləndirmirsiniz. Onlar sizdən bir neçə dəfə çox baha qiymətə mal ala bilərlər. Bu zaman onlar alış verişdən məmnun qalmayacaqlar. Çünki insanların çoxu heç də yüsək gəlir qazanmır. Onlar qənaətcil sövdələşməyə üstünlük verirlər.
Nəticədə insanlar onların büdcəsinə uyğun məhsul təklif edən başqa şəxslər ilə sövdələşmə etməyə tələsəcək. Çünki insanlar razı və məmnun qaldıqları hərəkətləri təkrar-təkrar etməyə meylli olurlar. Daima müştərilərin xoşbəxtliyini və rifahını düşünərək hərəkət etmək lazımdır. Onlar da bizim kimi xoşbəəxt olmaq, gözəl rifaha malik olmaq istəyir. Müştəriləri təmin etməklə biz öz uğurumuzu təmin etmiş oluruq. Unutmayaq ki, istənilən biznes kompaniyasında müdir- onun müştəriləridir.

Müştərilər istənilən ayda və ya ildə işçiləri işdər çıxara, şirkəti müflis edə, müdiri “kreslosuz” qoya bilərlər. Müştərilər və biznes nümayəndələri hamısı bir zəncirin halqalarıdır. Bir halqa qırılarsa digər halqalar nə qədər güclü olsa belə zəncir qırılmış sayılır. Heç vaxt özünüzün mənfəəti üçün başqasının əlindəki pulları mənimsəməyin. Bir situasiyaya nəzər salaq. Tutaq ki, hər hansısa bir şirkət məcburiyyət ucbatından sizin təklif etdiyiniz xidmətlərdən istifadə etməyə razılıq verir.

Onlar öz fəaliyyətini dayandırmamaq üçün sizinlə əməkdaş olurlar. əgər siz onlara qarşı dürüst olsanız, şirkət sizinlə axıra qədər parnyor qalmağa qərar verəcək. əksinə, əgər siz onları aldatsanız, onlara səhv informasiya göndərsəniz və yaxud, onlarda məmnunluq hissi yaratmasanız onlar sizinlə işlədiyi müddətdə başqaları ilə də əlaqə saxlayacaq.

Daha sərfəli birini tapdığı halda sizinlə münasibələri kəsəcək. Buna oxşar vəziyyət işçiləri işə götürərkən də yaşana bilər. Belə ki, bir şəxs sadəcə ailəsinə çörək pulu aparmaq üçün, ya da bank xərclərini ödəmək üçün sizinlə işləməyə dərhal razı olacaq. əgər siz ona normadan çox aşağı məbləğdə maaş verirsinizsə, o sizdən sevgi və qayğı görməyəcək. Nəticədə özünə daha sərfəli şans tapan kimi sizdən qaçacaq. Nəticədə siz bu işçinin yerini doldurmaq üçün başqa birisini axtaracaqsınız. Münasib işçi tapmaq münasib iş tapmaq qədər çətindir. Odur ki, işçi ilə partnyorunuz kimi davranmalısınız. Onun ehtiyaclarından və problemlərindən xəbərdar olmalısınız.

Onlar sizdən, siz isə onlardan asılısınız. Işçi, müdir olmasa maddi vəsait almaz və dolana bilməz. Eləcə də müdir işçi olmadan fəaliyyət göstərə bilməz. Işçi ilə rəhbər arsında dostluq və sevgi həmin işdəki uğuru müəyyən edən amillərdən biridir. Onlarrın hər ikisi mənəvi olaraq eyni hüquqlara malikdir. Bəs əldə edilən gəlirlər necə bölüşdürülməlidir? Gəlirin səviyyəsini müdirin işçilərə olan sevgisi müəyyən edir. Bir şeyi unutmamalıyıq. Işçinin və müdirin xəşbəxtlik dərəcəsi eyni olmalıdır.

Iş şəraiti işçinin həyatına böyük təsir göstərir. Bəs işçinin xoşbəxt yaşadığına necə əmin olmaq olar? Işçilərin pula olan tələbatını ödəməKlə iş bitmir. Digər tərəfdən onların müxtəlif əyləncələrə və enerji yığmalarına tələbatı olur. Məsələn onlar yayda məzuniyyət getmək istəyir, rəqs etmək, diskotekaya getmək istəyir və s. Işçilərə təkcə maaş yox, enerji alacaq digər xidmətlər də təklif edən şirkətlər uğur üçün daha şanslı hesab olunur. Bəziləri deyir ki, çox pul qazanmaq üçün çox böyük məbləğdə investisiyaya ehtiyac var.

Lakin insanların nəyə ehtiyacı olduğunu bilsək vı onlara ehtiyaclarını ödəmək üçün dürüst və doğru yolla öz xidmətimizi təqdim etsək qısa müddətdə uğura imza atarıq. əgər bazara insanların ehtiyacı olmayan məhsul və ya xidmətlə çıxarıqsa, və istehsal etdiyimizi insanlara satmağa çalışarıqsa, bu yolla uzağa gedə bilmərik. Belə ki, lazımsız və süni məhsullar böyük məbləğdə reklam xərcləri tələb edir. Bu isə büdcəyə ziyan deməkdir. Adi həyatda olduğu kimi, biznes dünyasında da bəşəriyyətin bu ali qanunu işləyir: Başqalarına göstərdiyin sevgi gec-tez bu və ya digər yolla sənin özünə qayıdacaq!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər