Sumqayıtda 46 yaşlı kişinin qatili axtarılır

469

Noyabrın 30-da saat 10 radələrində Sumqayıt şəhəri Bağlar sahəsində 1976-cı il təvəllüdlü Aydın Həsənovun bıçaq xəsarətlərindən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.

Rəsmi məlumata görə, polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər