Sumqayıtda aidiyyatı qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir - FOTOLAR

3945

Hava şəraiti ilə əlaqədar olaraq Sumqayıt şəhərində fəaliyyət göstərən aidiyyatı qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Gecə saatlarından başlayaraq şəhər ərazisindəki yollarda buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər görülüb. Xüsusi texnikalarla yollara qum-duz səpilib, yollar qardan təmizlənib. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.Hal-hazırda nəqliyyat vasitələrinin hərəkətində heç bir problem müşahidə olunmur.

Eyni zamanda Sumqayıt şəhərində fəaliyyət göstərən ictimai nəqliyyatın fasiləsiz fəaliyyəti təmin olunub.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər