Sumqayıtda Cüdo üzrə şəhər çempionatına yekun vuruldu

557
17 noyabr 2022-ci il tarixində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə Sumqayıt Olimpiya İdman Kompleksində “17 Noyabr – Milli Dirçəliş günü”nə həsr edilmiş cüdo üzrə kişi və qadınlar arasında şəhər çempionatı keçrilmişdir.
Yarışın açılış mərasimində ilk olaraq Azərbaycan Respublikasının dövlət himni səsləndirilmiş, vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov, Azərbaycan Cüdo Federasiyasının hakimlərlə iş üzrə komisiyyasının meneceri, beynəlxalq dərəcəli hakim Mətin Rəhimli çıxışlarında Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə idmanın inkişafına xüsusi diqqət yetirildiyini, bu sahənin Dövlət siyasətinin prioritetlərindən birinə çevrildiyini və yüksəlişinin əsası qoyularaq müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınmasını qeyd etmişlər. Natiqlər eyni zamanda ölkəmizdə idmanın sürətli inkişafından, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü işlərdən, 44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrin keçdiyi şərəfli və qürurlu döyüş yolundan danışmışlar.
Qeyd edək ki, qalib və mükafatçılar cari ilin dekabr ayında keçiriləcək Azərbaycan çempionatında iştirak etmək hüququ əldə etmişlər.
Mükafatçılar şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərman, medal və hədiyələri ilə təltif olunmuşlar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər