Sumqayıtda hazırlıqdan qayıdan məktəbli qızı maşın vurdu

1148

Sumqayıt şəhərində məktəbli qızı maşın vurub.

Sumqayitxeber.com report.az-a istinadən bildirir ki, hadisə şəhərin 9-cu mikrorayonu ərazisində baş verib.

Sumqayıt şəhər sakini, 2001-ci il təvəllüdlü Əhmədzadə Aynur İntiqam qızı hazırlıqdan evə qayıdarkən naməlum avtomobil tərəfindən vurulub. Sumqayıt şəhər 18 nömrəli məktəbin 11-ci sinif sagirdi olan qız qəza zamanı ağır kəllə-beyin travması alıb.

Yaralı qız Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının zədə məntəqəsinə çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər