Sumqayıtda iki azyaşlı yanaraq ölüb

1155

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Xəzər bağları yaşayış massivində qeydə alınıb.

Belə ki, fərdi yaşayış evlərinin birində yanğın baş verib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğın söndürüldükdən sonra evdə 2 uşağın yanmış meyiti aşkarlanıb. Həmin azyaşlıların 2017-ci il təvəllüdlü Sübhan Abbasov və 2021-ci il təvəllüdlü Dərya Quliyeva olduğu bildirilir.

Məlumata görə, hadisə baş verən zamanı evdə uşaqlar tək olub.

Hər iki uşağın meyiti aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər