“Sumqayıt”da ilk braziliyalı futbolçu

345

“Sumqayıt” dövrələrarası fasilədə ilk futbolçu keçidini reallaşdırıb.

Sözügedən komanda “Kolos”un (Ukrayna) 25 yaşlı futbolçusu Dieqo Kariokanı heyətinə cəlb edib.

Braziliyalı vinger müqavilə müddəti uzadılması şərti ilə mövsümün sonuna qədər icarəyə götürülüb.

Qeyd edək ki, “Sumqayıt”ın tarixinə ilk braziliyalı futbolçu kimi düşən Dieqo Karioka karyerası ərzində “Şaxtyor” (Soliqorsk, Belarus), “Vitebsk” (Belarus), “Yagelloniya” (Polşa), “Zalagerseq” (Macarıstan) və “Kolos” (Ukrayna) kimi klublarda çıxış edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər