Sumqayıtda istehsal olunan məhsulların Özbəkistana ixracı müzakirə edilib

485

Özbəkistanın “Uzkimyosanoat” SC-nin İdarə Heyətinin sədri Yevgeni Korjikov ilə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev arasında Sumqayıt Kimya Sənaye Parkında görüş keçirilib.

İZİA-dan bildirilib ki, görüşdə sənaye zonaları və aqroparklar, burada sahibkarlar üçün mövcud investisiya imkanları barədə məlumat verilib, sənaye zonaları və aqroparkların təqdimatı nümayiş etdirilib.

“Uzkimyosanoat” SC-nin tərkibində fəaliyyət göstərən şirkətlərin sənaye zonalarına investisiya yatırması, sənaye zonalarında istehsal olunan məhsulların ixrac imkanları, birgə layihələrin həyata keçirilməsi və digər əməkdaşlıq məsələləri müzakirə olunub.

Sonda qonaq Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidenti “SOCAR Polymer” MMC-nin fəaliyyəti ilə tanış olub.

Qeyd edək ki, “Uzkimyosanoat” SC 12 sənaye müəssisəsini, kənd təsərrüfatı sektoruna kimya məhsulları satan 13 regional distribütor təşkilatı, layihə və elmi-tədqiqat müəssisələrini özündə birləşdirir. Şirkətin tərkibində fəaliyyət göstərən sənaye müəssisələrində 170-dən çox kimyəvi maddə istehsal olunur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər