Sumqayıtda “Milli-mənəvi dəyərlərimiz bizi birləşdirir” mövzusunda tədbir keçirilib

1031

Yanvarın 11-də Sumqayıt şəhəri 15 saylı tam orta məktəbdə “Milli-mənəvi dəyərlərimiz bizi birləşdirir” mövzusunda tədbir keçirilib. Tədbirdə məktəbin direktoru Elmira Yaqubova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin müdir müavini Yalçın Abdullayev, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Elmira Yaqubova bildirib ki, xalqımızın mənəviyyatını zənginləşdirən, birliyimizi təmin edən dəyərləri qoruyub saxlamaq üzərimizə düşən ən başlıca vəzifələrdəndir. Günümüzdə tarixən qoruyub saxladığımız milli və dini dəyərlərimizə qarşı ayrı-ayrı qüvvələr tərəfindən olan təhdid təşəbbüsləri bu vacib məsələni diqqətdə saxlamaq zərurəti yaradır. Bu səbəbdən şagrdlər arasında mütəmadi olaraq vətənpərvərlik, dövlətə sədaqət mövzularında söhbətlər aparılır.
Daha sonra çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdir müavini Y.Abdullayev bildirib ki, ölkəmizdə milli-mənəvi dəyərlərin qorunub saxlanılması yüksək səviyyədə həyata keçirilir. Bütün dinlərə hörmətlə yanaşılır və dinlər arasında heç bir qarşıdurma yoxdur. Lakin bəzən mədəniyyətimizə və əxlaqi dəyərlərimizə kənardan müdaxilələr olduğu müşahidə edilir. Din amilindən istifadə edərək xalqımızın tarixən formalaşan vətənpərvərlik, dini və milli dəyərlərinə bağlılıq hissini sarsıtmaq istəyənlərin əməllərinin qarşısı dövlətimiz tərəfindən layiqincə alınır.
Tədbirin sonunda DQİDK-nın sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmi nümayiş olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər