Sumqayıtda qətlə yetirilən şəxs şəhid Vüsalın əmisi imiş – Foto

6411

Ötən gecə Sumqayıt şəhəri 9-cu mikrorayon ərazində qətlə yetirilən 1975-ci il təvəllüdlü Mahir Allahverdiyev şəhid Vüsal Allahverdiyevin əmisi imiş.

Qətl hadisəsi küçədə baş verib. Sumqayıt sakini, 2003-cü təvəllüdlü Murad Kazımov M.Allahverdiyevlə küçədə mübahisə edərək ona 17 bıçaq zərbəsi endirib.

Hadisənin hansı zəmində və nə səbəbdən baş verməsi hələlik məlum deyil.

M.Kazımov saxlanılıb, onun barəsində cinayət işi açılıb.

Qeyd edək ki, şəhid Vüsal Allahverdiyev cəbhəyə aparılarkən çağırış məntəqəsinin qarşısında

avtobusda çəkilmiş görüntüləri ilə tez-tez xatırlanır.

“Qafqazinfo”

Fotoda: qətlə yetirilən Mahir Allahverdiyev 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər