Sumqayıtda qışa hazırlıq müzakirə olundu -FOTOLAR

1012

Sumqayıt şəhərində qış mövsümünə hazırlıqla bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının yanında şuranın iclası keçirilib.

Yığıncağı açan Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov gündəlikdə duran məsələlər, qış mövsümünə hazırlıqla bağlı şəhər təsərrüfatında görülmüş işlər və həllini gözləyən məsələlərlə bağlı ətraflı məlumat verib. Qeyd olunub ki, şəhər təsərrüfatının qış mövsümünə hazır olması, əhalinin istilik, elektrik enerjisi, təbii qaz və içməli su ilə fasiləsiz təmin edilməsi üşün Şəhər İcra Hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanıb və bu tədbirlərin icrası istiqamətində bir sıra işlər görülüb.

Vurğulanıb ki, son bir neçə il ərzində Sumqayıt şəhərində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq tədbirləri nəticəsində şəhər əhalisinin fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz və su ilə təmin edilməsi üçün mühüm işlər görülüb, müasir infrastruktur yaradılıb.

Şəhər rəhbəri bildirib ki, bu gün əlaqədar qurumların qarşısında duran əsas vəzifə mövcud infrastrukturdan səmərəli istifadə edərək payız-qış mövsümünə hazırlıq işlərini vaxtında və yüksək keyfiyyətlə başa vurmaqdır.

Sonra gündəlikdə duran məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini – şəhər fövqəladə hallar komissiyasının sədri Teymur Səmədov, Sumqayıt Elektrik Şəbəkəsinin baş mühəndisi Ramin Məmmədov, Sumqayıt Su Kanal İdarəsinin rəisi Xalid Quliyev, “Azəriqaz” İstehsalat Birliyi Sumqayıt Qaz İstismar Sahəsinin rəisi Vəli Sadıqov, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıxova, Sumqayıt Şəhər İstilik Təsərrüfatı İdarəsinin müdiri Aftandil Nuriyev, Sumqayıt Şəhər “Lift-Servis” Birliyinin rəisi Cümşüd İsmiyev çıxış ediblər.

Şəhər rəhbəri aidiyyəti qurumların rəhbərlərinə qışa hazırlığı sürətləndirmək, mövcud problemləri qısa müddət ərzində aradan qaldırmaqla bağlı tapşırıqlarını verib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər