Sumqayıtda rəis müşavirə keçirdi – FOTOLAR

393
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Qubadlı rayon nümayəndəliyində keçirilən müşavirədə Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov çıxış edib.
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidmətindən Xeberle.com-averilən İdarə rəisi il ərzində aparılan kadr islahatı, musiqi məktəblərində təhsilin, kitabxana sistemlərində oxucuya xidmət səviyyəsinin artırılması, klub müəssisələrində keçirilən tədbirlərin keyfiyyəti, beynəlxalq və yerli müsabiqə və festivallarda qazanılan nailiyyətlər, mədəniyyət işçilərinin qarşılıqlı əməkdaşlığı, kütləvi informasiya vasitələri ilə əlaqələrin qurulması, o cümlədən, müəssisələrin fəaliyyəti ilə tanış olarkən aşkarlanan problemlərlə bağlı geniş məruzə edib. İdarə rəisi həmçinin, 2018-ci ildə görüləcək işlər, qarşıda duran vəzifələrlə bağlı tövsiyə və tapşırıqlarını verib. O bildirib ki, Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi 2018-ci ildə daha böyük layihələrə imza atmalı, ölkə və beynəlxalq miqyaslı festivalların keçirilməsi üçün iş planı hazırlanmalı və həyata keçirilməlidir.
Sonra yüksək göstərici əldə etmiş mədəniyyət işçiləri və şagirdlər fəxri fərmanla təltif edilib, YAP sıralarına yeni qəbul olmuş üzvlərə partiya biletləri təqdim olunub.
Daha sonra Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin mədəniyyət şurasına seçki keçirilib.

Sumqayıtda rəis müşavirə keçirdi - FOTOLAR

Sumqayıtda rəis müşavirə keçirdi - FOTOLAR

Sumqayıtda rəis müşavirə keçirdi - FOTOLAR

Sumqayıtda rəis müşavirə keçirdi - FOTOLAR

Sumqayıtda rəis müşavirə keçirdi - FOTOLAR

Sumqayıtda rəis müşavirə keçirdi - FOTOLAR

Sumqayıtda rəis müşavirə keçirdi - FOTOLAR

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər