Sumqayıtda şair Sabir Sarvanın 60 illik yubiley gecəsi keçirilib – FOTOLAR

1324

Sumqayıt şəhər Əli Kərim adına Poeziya evində Sumqayıt şəhər İcra Hakimiyyətinin dəstəyi və şəhər Mədəniyyət və Turizm idarəsinin təşkilatçılığı ilə AYB Sumqayıt bölməsinin sədri, şair Sabir Sarvanın 60 illik yubiley gecəsi keçirilib.

Gecəni giriş sözü ilə açan şair Əjdər Ol  Sabir Sarvanın həyatı və yaradıcılığından danışıb.  “Hər bir şair milli ruhun daşyıcısıdır. Sabir Sarvan milli ruhu özündə daşıyan və yaşadan şairlərdəndir” deyən natiq  yubilyarı təbriuk edib, xoş arzularını çatdırıb.

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov çıxış edərək olkə və şəhər rəhbərliyinin ədəbi mühitə diqqət və qayğısından danışıb, yubilyarı şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun adından təbrik edib, Fəxri Fərman və hədiyyə təqdim edərək yaradıcılıq uğurları arzulayıb.

AYB-nin katibi İlqar Fəhmi, tənqidçi İlham Abbasov,cənub Azərbaycan ədəbiyyatının nümayəndəsi Sayman Arus, yazışı Varis və digərləri çıxış edərək Sabir sarvanı təbrik edib, xoş arzularını çatdırıblar.

Gecədə  muğam üşülüyünün ifası, Sumqayıt Dövlət Dram teatrının aktyorlarının ifasında səslənən şeirlər dinləyicilər tərəfindən maraqla qarşılanıb.

Sonda şair Sabir sarvan gecənin təşkilatçılarına, şəhər rəhbərliyinə və iştirakçılara təşəkkürünü bildirib, müxtəlif illərdə yazdığı şeirlərini oxuyub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər