Sumqayıtda şəhid ailələri və qazilər diqqət mərkəzində saxlanılır – ZAKİR FƏRƏCOV MÜŞAVİRƏ KEÇİRDİ

3985

Sumqayıt şəhərində “Şəhid ailələri və qazilər, onlarla görülən işlər və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib. Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Öncə Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsin nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu istehkamları dağıdaraq, silahlı qüvvələrini məhv edərək işğal altındakı torpaqlarımızı azad etdi, tarixi qələbə qazandı. Qəhrəman hərbçilərimizin rəşadəti hesabına, şəhidlərimizin canı-qanı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu.

Şəhər rəhbəri çıxışında vurğuladı ki, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri şəhid ailələri və qazilərin, eləcə də müharibə iştirakçılarının sosial müdafiəsidir. Bugün Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, veteranlara Azərbaycan Respublikasının Birinci vitse- prezidenti Mehriban xanım Əliyeva tərəfindən də yüksək diqqət və qayğı göstərilir.

Zakir Fərəcov qeyd edib ki, Sumqayıt şəhərində şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır, onların sosial təminatı və yaşayış imkanlarının artırılması istiqamətində tədbirlər davam etdirilir. Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin məşğulluğuna və sosial problemlərinin həllinə dəstək olmaq məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzi yaradılıb.

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Əlaqələndirmə Mərkəzinin rəhbəri Gündüz Əliyev görülmüş işlər və qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, Sumqayıt şəhər Şəhidlər Xiyabanında 515 şəhid dəfn olunub ki, onlardan 407-si 1-ci Qarabağ müharibəsi, 106-sı 2-ci Qarabağ müharibəsi, 2-si isə son günlər erməni təxribatı nəticəsində həlak olan hərbiçilərimizdir. Əlavə olaraq şəhərimizin 8 nəfər şəhidi isə Respublikanın digər rayonlarında və II Fəxri xiyabanda dəfn olunub. Şəhidlər Xiyabanı əsaslı təmir edilərək qalib əsgərin abidəsi ucaldılmışdır. 3 orta məktəbə Milli və Vətən müharibəsi qəhrəmanlarının adı verilmişdir. Polad Həşimovun adını daşıyan 28 saylı orta məktəbdə büstü qoyulmuş və muzeyi yaradılmışdır. Ümumilikdə 38 şəhidin adına küçə verilib.

Gündüz Əliyev bildirib ki, şəhərdə 1-ci Qarabağ Müharibəsi zamanı 1000-ə yaxın, Vətən müharibəsi zamanı isə 200-ə yaxın hərbiçimiz müxtəlif əlillik dərəcəsi almışdır. Hər bir şəhid ailəsinə birdəfəlik maddi vəsait və ərzaq yardımı olunmuşdur. Belə ki, bu tədbirlərin keçirilməsinə cəmi 670700 manat vəsait xərclənmişdir. 2021-ci ilin yanvar ayından bu günə kimi şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına bayramlarda, əlamətdar günlərdə və özlərinin müraciəti əsasında 345100 manat məbləğində ərzaq yardımı və 389600 manat maddi yardım verilib.

Vurğulanıb ki, Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən son illər 618 nəfər şəhid ailəsi və qazi uçota götürülüb. Onlardan 385 nəfər yeni mənzillə təmin olunub. Ötən dövr ərzində 233 şəhid ailəsi və qazi işlə təmin olunub. Tam fiziki hərəkətləri məhdud olan 27 qazimiz Əlaqələndirmə Mərkəzi tərəfindən himayəyə götürülüb. Sumqayıt şəhidləri haqqında 600 səhifəlik “Seçilmişlər” adlı kitab nəşr olunaraq təqdimatı keçirilib.

Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıxova, Sumqayıt Reabilitasiya Mərkəzinin direktoru Pərvanə Hacıyeva, Sosial Xidmətlər Agentliyinin Abşeron-Xızı regional şöbəsinin müdiri Zaur Şahbalıyev, Abşeron-Xızı Regional Məşğulluq İdarəsin müdiri Sənan Məmmədzadə, Qartal Tikinti Firmasının Direktoru Şahin Məmmədov, “SOCAR Polymer” MMC-nin direktoru Fuad Əhmədov və Sumqayıt şəhər Veteranlar Şurasının sədri, Sovet Şükürov sahələri üzrə görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış edib.

Tədbirdə şəhid ailələrinə və qazilərimizə bundan sonra da xüsusi həssaslıqla yanaşmanın vacibliyi vurğulanıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Süleymanov Niyaz Mustafa oğlu
    Sentyabr 19, 2022 - 21:20

    Sumqayıt şəhərində şəhid ailələri və qazilərin sosial problemləri həmişə diqqət mərkəzində saxlanılır. Şəhərimizdəki Şəhidlər Xiyabanı əsaslı şəkildə tamamilə yenidən qurulmuş, bura əhalinin əsil ziyarətgahına çevrilmişdir. Qalib əsgərlərimizin ümumi obrazını özündə təcəssüm etdirən “Qalib Əsgər” heykəli ucaldılmışdır.
    Müzəffər Ali Baş Komandan, Prezidentimiz cənab İlham Əliyev bu yaxınlarda Şəhidlər Xiyabanını ziyarət etmiş, burada uyuyanların xatirəsini yad etmişdir.
    Şəhid ailələri üzvlərinin, xəsarət almış hərbi qulluqçuların və əlilliyi olan şəxslərin sosial problemləri vaxtaşırı olaraq həll edilir, onlara maddi və mənəvi dəstək göstərilir. Təhsil müəssisələrinin şagird və müəllim kollektivləri, tələbələr Şəhidlər Xiyabanını həmişə ziyarət edirlər. Adı, yüzlərlə əsgər və zabitlərimizin qəhrəmanlıq mücəssəməsi olan General Polad Həşimovun adına verilmiş küçə şəhərimizin mərkəzi yolu olmuşdur. Adını daşıdığı 28 nömrəli tam orta məktəbdə Generalımızın müzeyi yaradılmışdır. Bu da gənc nəslin hərbi vətənpərvərlik ruhunda böyüməsində mühüm rol oynayır.
    Allah şəhidlərimizə rəhmət eləsin! Onların parlaq xatirəsi Azərbaycan xalqının qəlbindən heç vaxt silinməyəcəkdir!

Süleymanov Niyaz Mustafa oğlu üçün bir cavab yazın Cavabı ləğv et

Facebook Şərhlər
Bənzər Xəbərlər