Sumqayıtda “Şuşa İli”nə həsr olunan sərgi açılıb

605

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt Dövlət Rəsm Qalereyasında “Uğur-ART” rəsm dərnəyinin üzvlərinin əsərləri nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, “Şuşa İli”nə həsr olunan sərgini açan yazıçı-dramaturq, kulturoloq Hafiz Ataxanlı Zəfər salnaməsinin təbliğ olunmasında, gələcək nəsillərə çatdırılmasında incəsənətin oynadığı roldan danışıb.

Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri şairə Gülnarə Cəmaləddin, Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova vətənpərvərlik mövzusunda keçirilən bu cür tədbirlərin zəruriliyini vurğulayıb, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun şanlı Qələbəsini və Vətən uğrunda canını fəda edən qəhrəmanlarımızı tablolarında əks etdirən rəssamlara yeni yaradıcılıq uğurları arzulayıblar.

“Uğur-ART” rəsm dərnəyinin rəhbəri Günel Qasımova dərnək üzvlərinin ərsəyə gətirdikləri şəhidlərin portretlərini ailə üzvlərinə təqdim edib.

Sonra gənc rəssamlara fəxri fərmanlar təqdim olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər