Sumqayıtda yük avtomobili ahıl kişini vuraraq öldürüb

538

Sumqayıtda yük avtomobili ahıl kişini vuraraq öldürüb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə yanvarın 24-də Bakı-Quba-Dağıstan sərhəd avtomobil yolunun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən 46-cı km-də qeydə alınıb.

Belə ki, sürücü, 1957-ci il təvəllüdlü Babayev Bəhram Kərim oğlu idarə etdiyi “QAZ-330210” markalı yük avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyada, 1940-cı il təvəllüdlü Gülmalıyev Adil Məhi oğlunu vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər