Sumqayıtdan Türkiyəyə yardım davam edir

2915

Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə Sumqayıt şəhərində həyata keçirilən humanitar yardım kampaniyası davam edir.

Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış, hər birində 8-10 nəfərin müvəqqəti yaşaması üçün nəzərdə tutulan 22 ədəd modul tipli evlərin Türkiyəyə göndərilməsi nəzərdə tutulub.
Ötən həftə bu modul evlərdən 8 ədədi və 405 min Azn dəyərində olan yardım göndərilmişdir.
Bu gün isə növbəti 7 ədəd modul evlər, 6 kabinəli sanitar qovşaq və 316 min Azn dəyərində olan humanitar yardım yola salınır.
Sumqayıt şəhər İcra Hakimiyyətindən bildirilib ki, qarşıdakı günlərdə də növbəti 6 ədəd modul tipli evlər və humanitar yardım yola salınacaq. O da vurğulanıb ki, modul tipli evlər boş deyil, humanitar yardımla doldurularaq göndərilir.
Qeyd edək ki, Sumqayıt şəhəri ölkəmizdə həyata keçirilən humanitar yardım  kampaniyasında fəal iştirak edir. Şəhərin müxtəlif yerlərində yardımların toplanması üçün məntəqələr yaradılıb.  Hadisə baş verən ilk gündən Sumqayıtlılar yardım toplama məntəqəsinə axın edirlər. Burada yataq dəstləri, isti paltarlar,  uşaq bezləri, təmizlik ləvazimatları, konservləşdirilmiş qidalar, zəruri quru ərzaqlar, tibbi ləvazimatlar, eləcə də digər zəruri yardımlar təyin olunmuş məntəqələrdə çeşidlənib və qablaşdırılır.




www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər