Sumqayıtın bu ərazilərində qaz olmayacaq

467

Sumqayıtın bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.
Buna səbəb şəhərin Çerkassı küçəsində yeraltı orta təzyiqli qaz kəmərində sızmanın baş verməsidir. Sumqayıt Qaz İstismarı Sahəsindən bildirilib ki, sızmanın aradan qaldırılması məqsədi ilə 17. 02. 2023-cü il tarixində saat 10:00-dan etibarən işlər tamamlanana qədər Novruz, Təzə və Köhnə Corat qəsəbələri, Yaşıldərə yaşayış massivi, Novxanı, Qurd dərəsi, Metallurq, Corat və Saray bağları, 47, 48, 49, 50, 51, 52- ci məhəllələr, 12, 13, 16, 17, 18, 20 və 21-ci mikrorayonlarda yaşayan abonentlərin qaz təchizatı dayandırılacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər