Sumqayıtlı kadra yüksək vəzifə verildi -FOTO

2227
Ramil Hacıbalayevə ölkənin yeganə poçt operatoru olan “Azərpoçt” MMC-də yüksək vəzifə verilib.
Xeberle.com banker.az -a istinadən xəbər verir ki, Ramil Hacıbalayev dövlət şirkətinin Audit Komitəsinin sədri seçilib.

 

O, hazırda paralel olaraq 2021-ci ilin iyunundan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin daxili departamentində çalışır.
R.Hacıbalayev bundan öncə “Evsen Holding”, “Rabitəbank”, “Dəmir Bank” və ABB (Azərbaycan Beynəlxalq Bankı) kimi şirkətlərdə çalışıb.
Ramil Hacıbalayev Sumqayıtda yaşayıb və Texniki Təbiət Elmləri Liseyini bitirib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər