Sumqayıtlı tələbə qəzada öldü- Foto

4702

Bakının Nərimanov rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 2003-cü il təvəllüdlü Mustafazadə Sədrəddin Seyfəddin oğlu yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən avtomobillə vurulub.

S.Mustafazadə açıq kəllə-beyin travması və bədənin çoxsaylı xəsarətləri ilə komatoz vəziyyətdə xəstəxanaya yerləşdirilib. Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilən 19 yaşlı piyadanın həyatını həkimlərin səyinə baxmayaraq xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, S. Seyfəddinov Bakı Mühəndislik Universitetinin tələbəsi olub. O, universitetin Memarlıq və inşaat fakültəsinin Sənaye mühəndisliyi ixtisasının III kursunda təhsil alıb.

Sumqayitxeber.com əldə etdiyi məlumata görə qəza nəticəsində dünyasını dəyişən tələbə Sumqayıt sakinidir.  O, Sumqayıt şəhər 24 saylı məktəbdə təhsil alıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər