Tağıyev-Sumqayıt yolunda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırıla bilər

425

Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ilə Sumqayıt şəhərini birləşdirən respublika əhəmiyyətli avtomobil yolunda nəqliyyatın hərəkəti hissə-hissə qismən məhdudlaşdırıla bilər.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, bu, sözügedən yolda aparılan yenidənqurma işləri çərçivəsində nişanlanma xətlərinin çəkilişi, yol nişanlarının və yol təhlükəsizlik sədlərinin quraşdırılması ilə əlaqədardır. İşlər noyabrın 26-na qədər davam edəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər