Tahir Mirkişili: “Heydər Əliyev öz ideyalarını həyata keçirməyə qadir Prezident yetişdirdi”

1041

O, oz baxışlarını, ideyalarını xalqın iradəsi ilə birlikdə həyata keçirməyə qadır bir Prezident yetişdirdi!

Bu gün ümummili lider Heydər Əliyevin vəfatından 12 il ötdü.

Yaşadığı dünyasından sonra xalqın yaddaşında qalmaq hər kəsə nəsib olmur. Xalq yalnız sevdiklərini yadında saxlayır və yaşadır. Heydər Əliyev hər zaman misilsiz xidmətlərinə görə xalqı və vətəni üçün əziz olaraq qalacaq. Çünki o öz əməlləri ilə hələ sağlığında ikən xalqın yaddaşında əbədiləşmiş Böyük Azərbaycanlıdır. Böyük şəxsiyyətlər üçün zaman və məkan anlayışı mövcud deyildir. Onlar heç bir zaman və məkana sığmırlar. Bu əsrlərin sınağından çıxan və öz təsdiqini tapan bir fikirdir. Zaman onu da sübut edir ki, dünyanın tarıxı böyük şəxsiyyətlərin həyat anlarıdır. Heydər Əliyevin tərcüməyi halı Azərbaycan tarixidir. Azərbaycanın müasir tarixi isə onun tərcümeyi halıdır. Elə bu səbəbdən də bu həyat anları hər zaman dillərdə əzbər olacaqdır. Onun hakimiyyətdə olduğu illərdə Azərbaycana bəxş etdiklərini tarix boyunca heç kim etməyib.

Əfsanəvi şəxsiyyət, ulu öndər, böyük rəhbər, ümummili lider, yeni Azərbaycanın qurucusu, xalqın sevimlisi və onun unudulmaz övladı… Bunlar hamısı ona aid. Cünki o Azərbaycan tarixində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kim qalıb. O Azərbaycanı dünyaya tanıtdı. Dünyanı Azərbaycana gətirdi. Azərbaycanı qorumaq üçün yaşadı. Azərbaycanı yaşatmaq üçün qurub yaratdı. Məhz bunlar Heydər Əliyevi Azərbaycan xalqının ümummilli liderinə və dünya siyasətinin parlaq simalarından birinə çevirdi.

Onun ən böyük xidmətərindən biri güclü, sabit, möhkəm Azərbaycan dövləti yaratmaq idisə, digər xidməti özünə layiq davamçısının yetişdirməsi idi. O oz baxışlarını, ideyalarını xalqın iradəsi ilə həyata keçirməyə qadır bir Prezident yetişdirdi. Azərbaycanı daha da gücləndirəcək, ölkəmizi daha da inkişaf etdirəcək, xalqın hər gün daha çox fəxr edəcəyi bir şəxsiyyət qoyub getdi. O, hər bir yeni gün Azərbaycan tarixini zənginləşdirməkdə, ölkənin inkişafı üçün yorulmadan çalışmaqdadır.

Nə yaxşı ki o var….

Tahir Mirkişili ,  

Azərbaycan Respublikası Milli Məclisinin üzvü 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər