Tahir Mirkişili: “Qeyri-dövlət və qeyri-neft-qaz sektorunda işçilərin sayı ilk dəfə 800 mini keçib”

236

“Azərbaycanda aparılan islahatlar, yeni iş yerlərinin açılması səyləri bu ilin 10 ayının yekununda qeyri-dövlət və qeyri-neft-qaz sektorunda çalışan işçilərin sayının ilk dəfə olaraq 800 min nəfəri keçməsinə səbəb olub”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında deyib.

“Əməyin ödənişi xərclərini 420 milyon manata qədər artırılmasını əmək haqqı fondunun ÜDM-ə nisbətinin tədricən artırılmasının vacibliyini təmin etmək baxımından məqbul sayırıq”, – o qeyd edib.

Bundan başqa, deputat deyib ki, 2023-cü ilin dövlət büdcəsi xərclərində sosial yönümlü xərclərin 15 milyard 218,9 milyon manata və yaxud büdcə xərclərinin 45,7%-nə çatdırılması dövlətin sosial siyasətinin aparılmasının maliyyə resursları ilə təmin edilməsi deməkdir.

“Müdafiə, təhlükəsizlik, məhkəmə, hüquq-mühafizə və prokurorluq xərclərinin 500 milyon manatdək artırılaraq 8 milyard manatı keçməsini ölkəmizin bu sahədə yaranan və yanacaq təhlükələrən qorunması baxımıdan məqbul hesab edirik.

Təhsilə ayrılan xərclərin 536 milyon manat, səhiyyəyə ayrılan xərclərin isə 197,6 milyon manat artırılmasını təqdirəlayiq hal hesab edirik. Bu istiqamətlərdə aparılan istlahatların, xüsusilə də, Təhsil Tələbə Krediti Fonduna əlavə vəsaitin ayrılmasını, sertfikatlaşmadan keçən müəllimlərin əmək haqlarının artırılmasını, dövlət hesabına təhsil alan tələbələrin sayının 12 224 nəfər artırılaraq 128 mini keçməsini, İcbari Tibbi Sığorta Fondunun büdcədən kənar fond kimi məüyyən olunmasını doğru addımlar hesab edirik”, – T.Mirkişili bildirib.

“Büdcə xərclərində, həmçinin məqsədli kənd təsərrüfatı tədbirləri, ərzaq təhlükəsizliyi üçün ayrılan vəsaitlərin ümumilikdə 350 milyon manatdan çox artırılmasını məqbul hesab edirik. Fikrimizcə, gələcəkdə bu sahədə yaranacaq çağırışlar daha ciddi və əhatəli tədbirlərin görülməsinə ehiyac yaradacadır.

2023-cü ildə Dövlət büdcəsindən dotasiya almayacaq rayonların sayın 6 rayon artaraq 57-yə çatmasını təqdirəlayiq hal hesab edirik. Eyni zamanda, yerli büdcələrin daha da artırlması istiqamətində səylərin artırılmasının və bunun üçün yeni mexanizmlərin tapılmasının vacibliyini də qeyd etmək istərdik.

Büdcə xərclərində qeyri-neft qaz məhsullarının ixracının, müxtəlif iqtisadi dəstək tədbirlərinin həyata keçirilməsi üçün ayrılan vəsaitləri vacib hesab etməklə yanaşı, cari xərclərin artım dinamikasının, publik hüquqi şəxslərə ayrılan subsidiyaların artım dinamikasının, nəticə əsaslı büdcə planlaşmasının və icrasının arzu olunan həddə olmamasının da bizi narahat etdiyini demək istərdim. Yalnız büdcə vəsaitlərindən deyil, bütövlükdə dövlət vəsaitlərindən istifadəyə nəzarətin gücləndirilməsini vacib hesab edirik. Bu istiqamətdə davamlı səylərin göstərildiyini də qeyd etməklə yanaşı, fikrimizcə kollektiv səylərin və kollektiv inamın əldə edilməsini vacib sayırıq”, – deputat vurğulayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər