Tarixi Zəfər milli həmrəyliyin təntənəsidir

711

Qədim tarixə, zəngin ənənələrə malik olan Azərbaycan xalqı zaman-zaman bir çox çətinliklərlə, bəzən də xarici işğallar və faciələrlə üzləşmişdir. Lakin bütün bunlar xalqımızın iradəsini sındıra bilməmiş, əksinə bizi daha da mətin və həmrəy etmişdir. Vətən tariximizdə xx əsrin sonu, xxı əsrin əvvəlləri də bu baxımdan istisna təşkil etmədi. Erməni təcavüzü nəticəsində torpaqlarının 20%-ni itirən, bir milyona yaxın qaçqın və məcburi köçkünü olan Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan Cənab prezident İlham Əliyevin ətrafında qətiyyətlə və sıx birləşərək “Dəmir Yumruğa” çevrildi. Bu “Dəmir Yumruq” 44 günlük Vətən müharibəsində mənfur düşmənin başını əzərək, onu Azərbaycan torpaqlarından çəkilməyə və təslim olmağa məcbur etdi. Bu tarixi Zəfər xalq-iqtidar birliyinin, Azərbaycan millətinin həmrəyliyinin təntənəsi idi.

Azərbaycan cəmiyyətində möhkəm siyasi sabitliyin və sarsılmaz həmrəyliyin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Cənab prezident İlham Əliyevin böyük əməyi və müstəsna xidmətləri var. Məhs Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ilk dəfə 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisi dünya azərbaycanlıla- rının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Bu hadisə dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın təşkilatlanması yolunda ilk addım oldu. Azərbaycançılıq siyasətini uğurla davam etdirən Cənab İlham Əliyev Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması haqqında 6 iyul 2018-ci il tarixli fərman imzaladı. Fərmanın imzalanması dünya azərbaycanlılarının daha sıx birləşməsi yolunda növbəti mühüm hadisə idi.

44 günlük Vətən müharibəsindəki tarixi Zəfərimiz millətimizin birliyini, hər zaman Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Hərbi əməliyyatların davam etdiyi həmin günlərdə hər bir vətəndaşımız qələbəmizə kiçik də olsa bir töhvə vermək üçün əlindən gələni etdi. Nəhayət bu müqəddəs savaşda qazandığımız parlaq Zəfər bütün dünyada yaşayan soydaşlarımız tərəfindən böyük coşğu ilə qarşıland. Bu coşğu və sevinc hisləri dünya azərbaycanlılarının həmrəyliyinin təcəssümü idi. Bir daha vurğulamaq yerinə düşür ki, İkinci Qarabağ müharibəsi zamanı cəmiyyətdəki mövqeyindən, siyasi əqidəsindən, statusundan, tutduğu vəzifədən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı yüksək səviyyədə milli həmrəylik nümayiş etdirdi.

Azərbaycan Respublikasının son illərdə əldə etdiyi uğurlar, nailiyyətlər milli təəssübkeşliyin və milli həmrəyliyin nəticəsidir. 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanaraq bu qələbəni tariximizə qızıl hərflərlə yazdıq. Bununla bərabər qarşımızda mühüm tarixi vəzifələr dayanır. Məhz sarsılmaz həmrəyliyimiz sayəsində bütün tarixi vəzifələri icra edəcəyik.

Cavid Məmiyev, 

YAP Sumqayıt şəhər təşkilatının sədr müavini

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər