“Təhlükəli kütlə evlərə tərəf istiqamətlənib” – Sürüşmə sahəsindən FOTOREPORTAJ

1200

“Təbiətə bu cür müdaxilə etmək olmaz. Bayıl sürüşməyə meylli ərazidir. Orada tikinti aparmaq, yamacı yükləmək, vertikal kəsmək düzgün deyil. Bu, gələcəkdə sürüşməyə səbəb olur”.

 

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov Lent.az-a Teleqüllənin ətrafında sürüşmə nəticəsində yaranmış çatla bağlı münasibət bildirərkən deyib.

 

 

Xəbər verdiyimiz ki, “Teleqüllə” sürüşmə sahəsi – Teleqüllədən 200-250 m cənub-şərqdə yerləşir. Bayıl yamacında sürüşməyə meylli ərazilərdə federativ-mühəndisi tədbirlər görülüb. Həmin ərazilərdə eroziyanın qarşısının almaq üçün ağac və  kolluqlar salınıb. Buna baxmayaraq, bu ərazidə yeni sürüşmə sahələri yaranıb. Hələ ötən ay baş vermiş sürüşmə nəticəsində yaranmış çat bir ayda genişlənib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib. Məlum olub ki, dərinliyi 6-7 metr arasında olan yarğanın eni bəzi yerlərə hətta 1.30 metrə çatır.

 

 

Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisinin sözlərinə görə, sürüşməni aktivləşməsinə səbəb yamacın vertikal kəsilməsidir. Bu da sürüşmənin aktivləşməsinə gətirib çıxarır.

 

Nazirliyin rəsmisi bildirib ki, sürüşmələrin aktivləşməsi yarğanın ətrafında tikilmiş evlər üçün də təhlükədir: “Təhlükəli kütlə birbaşa evlərə tərəf istiqamətlənib. Torpaq qatı, qrunt, atmosfer çöküntüləri mövsümlə əlaqədar doyub. Doymaq o deməkdir ki, onun kütləsi, ağırlıq qüvvəsi artıb. Yamac aşağı hissədə kəsildiyindən ağırlıq qüvvəsi artıb, yamac boyu çatlar əmələ gəlib. Ərazidə sürüşməyə qarşı inşa edilmiş istinad divarları deformasiyaya məruz qalıb”.

 

 

Deyilənləri bir də öz gözlərimizlə görmək üçün hadisə yerinə yollandıq. Yamacın zirvəsindən ətəyinə doğru uzanan çatın uzunluğu təqribən 300 metrə çatıb. Bu da yamacda yerləşən yaşayış evlərinin də təhlükə olduğu xəbərini verir.

 

 

Sürüşmə ərazisində mütəxəssislər müşahidələrini davam etdirirlər. Ərazidə bərpa işlərinin başlanması üçün hazırlıq işləri görülür. Traktor iri tonnajlı maşınların əraziyə gələ bilməsi üçün yol salır. Yaxın günlərdə yarğanda bərpa işlərinə başlanılacaq…

 

 

 

 

 

 

 

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər