Telefonumuzun batareyasının ömrünü necə uzadaq?

210

Telefonumuzu “zaryatkaya qoymaq”, onun batareyasını enerji ilə təmin etmək barədə bir çox məlumat var.

Əksəriyyətimiz telefonumuzu gecə boyu zaryatkada saxlayırıq. Ancaq batareya ömrünü üçün bu ideal variant deyil. Hətta batareyaya zərər verir.

sumqayitxeber.com teach.az-a istinadən batareya ilə bağlı bilməniz lazım olan faydalı məlumatları nəzərinizə çatdırır:

Telefonunuzu az və tez-tez zaryatkaya qoyun

Hamımız telefonumuzu uzun gecə zaryatkaya qoşmağa öyrəşmişik.Ancaq tez-tez və az zaryatka sizin batareyanızın ömrü üçün ən yaxşı seçimdir. On və ya iyirmi faiz zaryatka toplamağın fərqi yoxdur. Az zaryatka batareyaya daha da faydalıdır.

Zaryatkanızı 65 ilə 75 faiz arasında saxlayın

Telefonunuzun gücünü qorumaq üçün ideal zaryatka 65 ilə 75 faiz arasıdır.Belə etsəniz, batareyanızın ömrünü uzadarsınız.

Batareyanızı tam zaryatka ilə doldurmayın

Telefonunuzu yüz faiz zaryatka ilə təmin etməməlisiniz. Tam zaryatka batareyanın ömrünə zərər verir.

Dolduqdan sonra zaryatkada qalmasında heç bir problem yoxdur

Əgər batareyanız yüz faiz zaryatka yığıbsa, telefonunuzu zaryatkadan çıxartmağınıza ehtiyac yoxdur. Batareyanızı tam şəkildə doldurmaq istəyirsinizsə, bu şəkildə qalmasında heç bir problem yoxdur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər