Türkün həmrəyliyi-Azadlığın tarixi

1304

Bakının işğaldan azad olunmasının, rus-erməni “qardaşlığı”nın güdazına getməyimizin və günahsız yerə həyatla vidalaşan şəhidlərimizin Xatirəsinə!

15 sentyabr, 20 yanvar, 26 fevral; 1918, 1990, 1992-ci illər-Bütöv Azərbaycan tarixinin Şəhidlik səhifəsi. Şəhidlik zirvəsinə yüksələnlər və bu zirvədə həmrəy olanlar. Ayrı-ayrı yerlərdən, müxtəlif yaşlarda, müxtəlif peşələrdən olsalar da, eyni məqsəd və eyni məkan birləşdirdi onları-Şəhidlər Xiyabanı. Naməlum qəbirlər, Xocalıdan 5 yaşlı qız, “Türk askeri” (Boludan), 13 yaşlı Larisa Məmmədova, İlqar İbrahimov, Nəriman Hüseynov, jurnalist Çingiz Mustafayev və Salatın Əsgərova, Yanvarın qurbanı Yanvar (Nəsirov Yanvar Şirəli oğlu), məhv olmuş ailə-İlham və Fərizə və şəhidlərə ucaldılmış abidələr. Fərqli həyat tərzi keçirmiş olsalar da, Şəhidlik yolunu bərabər addımlayırlar. Onları bu yola hazırlayan əcəl yaxınlarına da xəbərdarlıq edirdi-qarışıq yuxularla. Yanvar Nəsirovun anası oğlunu qan içində üzən görür, balaca Ceyhunun anasını isə canavar parçalayır yuxusunda. Gerçəkliyin bir addımlığında doğmalarına Tanrı payı-zirvələrə aparıram əzizlərinizi.

Qara mərmər qəbirlər, qırmızı Türk abidəsi, üçrəngli bayraq və 90-cı ildən sonra şəhidliyin rəmzinə çevrilmiş qərənfillər, hüznlə, kədərlə yanaşı, Azadlıq və Birliyin rəmzi kimi. Naməlum qəbirlər, sinədaşı olmayan başdaşılar məsumluğun rəmzi kimi. Atəşgah isə Türkün od torpağının rəmzi kimi. Hər qəbirdə bir ailənin faciəsi, bütövlükdə isə, qanla yazılmış tarix yatır. Həmrəyliyin-Azadlğın tarixi!

Şahidlər

Bu gün də Azərbaycan xalqı şəhidliyə hər bir addımında şahidlik edir. Məzarlar Xiyabanda, xatirələr isə Xiyabandan kənarda. Yeni bir paytaxt-Şəhidlər və Şahidlər paytaxtı. Milli atributları- 54 saylı məkətibn həyətində ikiyə bölünmüş ürək abidəsi (İlham və Fərizənin xatirəsinə həsr olunub), 20 yanvar metrostansiyası yaxınlığında 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə, 134 20 Yanvar şəhidindən olan 134 saylı məktəbin şagirdi  Larisa Məmmədovanın hər il şam yandırılan partası, ANS ÇM radiosu və s. Şəhidlərin yadigarlarını, adları verilmiş məktəbləri və küçələri də əlavə etsək “Şəhidlər unudulmur” ifadəsi heç də söz xətrinə söylənmiş adi ifadə deyil.

Xiyaban + problem

1918-ci ildə Türk qoşunları Bakıya yalnız bir məqsədlə gəlmişdi-xilas etmək! Uzaq məsafəni bu qoşunlara yaxın edən isə türk həmrəyliyi və türk birliyi olmuşdu. Tarixin faktlarını burada həlak olan “Mehmetçik”lər şəhid adları ilə yazdılar. 1924-1990-cı illərdə isə bolşeviklər Xiyabanı Əyləncə Parkına çevirdilər. Allahın bəndəsinə göndərdiyi ən böyük cəza isə yenidən Xiyaban oldu. Bayrağımızdakı, İslamı bildirən yaşıl rəng isə bu Xiyabanda hiss edilmir. Qəbirlərin üzü qibləyə olmasından başqa. Mərmərdən düzəldilmiş hündür qəbirlər, onların ətrafında əkilmiş gül-çiçıklər, yandırılan şamlar-bütün bunlar nə şəriətə uyğun gəlir nə də bu Xiyabana. Əsl qəbiri xatırladan isə “naməlum”lardır. Əslində ümumi Xiyabanda eyni adı daşıyan və eyni mərtəbədə uyuyan şəhidlərimizə xarici dəbdəbə ilə verilmiş bu qiymət bolşevikləri heç də unutdurmur bizlərə.

Bu gün “indiki cavanlar”a tutulan iradlar, haqsız ittihamlar “bolşevik düşüncəli” insanlara yalnız bir cavabı verir-“Mən Şəhidimi unutmuram” və “Torpağımı sevirəm”. Bunu ən azından hər gün Şəhidlər Xiyabanını ziyarət edən gənclərin sayı deməyə əsas verir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

ESMIRA ELIYEVA üçün bir cavab yazın Cavabı ləğv et

Facebook Şərhlər
Bənzər Xəbərlər