Valideynlərin nəzərinə: uşaq yaşlarında dişlərdə... - “AQS dental center” tövsiyə edir

1505

sumqayitxeber.com “AQS dental center”in həkim stomatoloqu Sədaqət Tağıyevanın uşaq yaşlarında ortodontiya ilə bağlı yazısını təqdim edir:

Diş cərgələrində olan qüsurlar əksər hallarda uşaq yaşlarında hətta süd dişləri zamanı başlayır. Son dövrlərdə aparılan araşdırmalar uşaqların 50-80%-nin ortodontik müayinəsinə ehtiyacı olduğunu göstərir. Buna səbəb yalnız irsi faktorlar deyil, həmçinin pis vərdişlər və uşaqların yalnış qidalandırılmasıdır.

Təəssüflər olsun ki, bu cür patalogiyalara valideynlər çox vaxt əhəmiyyət vermirlər. Bəzən elə hallar olur ki, valideynlər uşaqda meydana çıxan ortodontik problemlərə laqeyd olub, diş əyriliklərini az mahiyyətli bilib ciddi yanaşmırlar. Əslində isə diş cərgəsində olan patalogiya dişlərdə kariesin əmələ gəlməsinə onun ağır forması kimi damaq xəstəliklərinə və dişlərin erkən itirilməsinə səbəb ola bilər. Bəzən dişləmdə olan qüsur, yəni çənələrarası münasibətin düzgün olmaması hətta gicgah-çənə oynağında da problem yaradır, tələffüzə təsir edir, sifətdə estetik formaya təsir etməklə uşağın cəmiyyətdə adaptasiyasına əks təsir edə bilən amilə çevrilir.

Yaş artdıqca dişləmin patalogiyası daha da ağırlaşır və bahalı, uzun müddətli ortodontik müalicə ehtimalını yüksəldir. Belə halda dişlərin çəkilməsi qaçılmaz olur və bəzi hallarda isə hətta cərrahi müdaxiləyə ehtiyac olur.

 

Uşaq yaşlarında ortodontik müalicə isə stabil nəticələr əldə etməyə şərait yaratmaqla həm uzunmüddətli müalicədən yan keçməyə, həm də müalicənin daha ucuz başa gəlməsinə səbəb olur.

Erkən müalicənin əsas prinsipi bəd vərdişlərin qarşısının alınmasına və uşağın diş-çənə sisteminin düzgün inkişafına kömək etməkdir.

Sovurma refleksi uşaq əmizdirilməsi üçün əsasdır. Eyni zamanda bu, barmaq və əmzik sovurmaya da meyillilik yaradır. Süd dişlərinin çıxması ilə çeynəmə refleksi tədricən sovurma refleksini üstələyir. Lakin uşağın sovurmaya psixoloji ehtiyacı məktəb yaşına qədər davam edərsə bu daha da sabitlənir və ondan imtina çətinləşir.

Bəd vərdişlərlə mübarizədə vestibulyar plastinkalar əhəmiyyətli olub, barmaq və əmzik sorma, dodaq dişləmə, dişləraarası dil salma kimi pis vərdişlərdən azad olmağa, düzgün tənəffüzə və udqunmağa köməklik göstərir. Həmçinin vestibulyar plastinkalar dili qıcıqlandırmaqla tələffüz korreksiyasına yardımçı ola bilər.

Plastinkalar individual və standart olmaqla 2 yerə bölünür:

Vestibulyar plastinkalar- dodaqların və yanaqların yumşaq toxumalarını aralamaqla çənənin düzgün inkişafına şərait yaradır. Eyni zamanda, onların konstruktiv elementləri dil və ağız əzələlərinin funksiyasını inkişaf etdirir və aşağı çənənin vəziyyətini nizamlayır. Bu plastinkalar gecə yatarkən və axşam saatlarında ev şəraitində istifadə edilir. Təqribən 6 yaşdan süd dişlərinin daimi dişlərlə əvəz olunması başlanır. Çənələrin aktiv inkişafı gedir və əgər dişləmdə qüsur varsa, o zaman həmin anamoliyanı aradan qaldırmaq və çənələrin düzgün inkişafına imkan yaratmaq olur. Bu yaşda ortodontik aparatları profilaktik məqsədlə işlətmək olar. Bu zaman çıxan mexaniki və funksional plastinkalardan, miofunksional treynerlərdən, eləcə də elastopozisionerlərdən istifadə məqsədyönlüdür. Uğurlu nəticə almaq üçün valideynlər aparatların taxma müddətinə fikir verməlidirlər. Həkimin tövsiyyələrinin vaxtında yerinə yetirilməməsi dişləmin daha da kəskinləşməsi ilə nəticələnə bilər. Erkən ortodontik müalicə zamanı daha çox mexaniki və funksional plastinkalardan istifadə olunur ki, bunlar da individual olaraq hazırlanır. Mexaniki plastinkalar bazisdən ibarət olub, dişlərdə klamer vasitəsilə qalır. Müalicəvi effekt xüsusi vint və yaylar vasitəsilə əldə olunur. Belə aparatlar istifadə olunan elementlərdən asılı olaraq çənənin ölçülərini (uzunluğu, genişliyi) və ayrı-ayrılıqda dişlərin yerini dəyişə bilər.

 

Funksional aparatlar mürəkkəb konstruksiyalar olub çənələrin müəyyən bir vəziyyətini fiksə edirlər. Bunların köməyi ilə pasientin çənələrinin inkişafına təsir etməklə dişlərin bir-birinə nisbətini oynaq başının və gicgah-çənə oynağının çüxurunu dəyişmək olar. Bu isə öz növbəsində sifətin formasına təsir göstərə bilər. Hazırda müxtəlif funksional aparatlar mövcuddur. Məsələn, frenkel funksiyanın tənzimləyicisi.

 

Anderson-Qoypl aktivator

Miofunksional treynerlər-müasir ortodontik aparatlar olub, adətən gecə taxma vasitəsilə (gündə 1-4 saat) müvafiq nəticə almaq üçün yararlıdırlar. Onların adları istehsalçıdan asılı olaraq treyner, LM-aktivator, miobreyslər kimi adlanır.

Əslində isə bunlar çıxan ikiçənəli elastik materialdan hazırlanmış kappalardır. Onların əsasında düzgün dişləm qoyulmuşdur. Yekun olaraq qeyd etmək olarki, süd və daimi dişlərin formalaşmasına nəzarət həkim-ortodonta uşaqlarda dişləmin təbii və təhlükəsiz müalicə növünü düzgün seçməyə imkan yaradacaqdır.

Müalicənin effektivliyi birbaşa ortodontun məsləhətlərinin vaxtı vaxtında yerinə yetirilməsindən, çıxan aparatların vaxtaşırı və düzgün istifadəsindən asılıdır. Əgər aparat düzgün taxılarsa və vaxtı vaxtında həkim nəzarəti olarsa 3-4 aydan sonra müalicənin effektiv olmasını görmək olar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər