“WhatsApp” yazışması zamanı “YouTube” izləmək mümkün oldu

410

“Apple” cihazlarının istifadəçiləri “WhatsApp” əlavəsində işlərini dayandırmadan “YouTube” videoçarxlarını izləmək üçün yeni funksiya əldə ediblər.

sumqayitxeber.com lent.az-a istinadən xəbər verir ki, bu imkanlardan istifadə etmək üçün mobil cihaz istifadəçiləri messencerlərini v2.18.11 versiyasına qədər yeniləməlidirlər.

Bundan öncə “WhatsApp” istifadəçisi “YouTube”də video izləmək üçün videohostinqin əlavəsinə keçməli olurdu ki, nəticədə messencerdəki işlərini yekunlaşdırmalı olurdu. Müəyyən işləmələrdən sonra “WhatsApp”ı v2.18.11 versiyasına qədər yeniləyən “Apple” cihazlarının sahibləri messencerdə işləyərək və məlumat göndərərək eyni vaxtda “YouTube” videoçarxlarını izləyə biləcəklər.

Hələlik yeni funksiyanın ancaq iOS cihazlarında istifadə edilməsi mümkündür. “Android” sahibləri üçün versiyanın olacağı isə hələlik məlum deyil.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər