Yağış yağacaq

44

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sabah gözlənilən hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən bululdlu olacağı, arabir tutulacağı gözlənilir.

Gecə və axşam bəzi yerlərdə qısa müddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 14-18 dərəcə, gündüz dərəcə 25-29 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarına gəlincə, mayın 26-da  əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir . Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 dərəcə, gündüz 25-30 dərəcə, bəzi yerlərdə 32 dərəcəyədək isti olacaq. Dağlarda gecə 7-12 dərəcə, gündüz 17-22 dərəcə, bəzi yerlərdə 25 dərəcə isti olacağı gözlənilir.

 

 

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər