Zakir Fərəcov 9 nömrəli məktəbdə oldu, şagird və müəllimlərlə görüşdü-FOTOLAR

829

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 9 nömrəli  məktəbdə olub.  Məktəbdə görülmüş işlərlə yaxından tanış olan şəhər rəhbəri  tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, siniflərdə şagirdlərlə səmimi görüşərək, onlara tövsiyələrini çatdırıb, dərslərində onlara uğurlar arzulayıb.

Şəhərimizdə həyata keçirilən layihələr, təhsil sahəsində görülmüş işlər və əldə olunmuş naliyyətlər ətrafında geniş diskussiya və fikir mübadiləsi aparılıb.  Sonda şagirdlərlə xatirə şəkilləri çəkilib.

Qeyd edək ki,  Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən şəhərin İnşaatçılar qəsəbəsində yerləşən 9 nömrəli tam orta məktəb yenidən tikilib. Məktəbin binası tam sökülərək yerində müasir tələblərə cavab verən 1176 şagird yerlik yeni bina inşa edilib. 4 korpusdan ibarət olan məktəb binasında 69 sinif otağı, müasir istilik sistemi ilə təchiz olunmuş fənn kabinetləri, laboratoriyalar, yeməkxana, qapalı idman və akt zalları, kompüter otaqları fəaliyyət göstərəcək. Məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb.


www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər