Zakir Fərəcov “Sumqayıt” qəzetinin kollektivi ilə görüşüb

1881

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov “Sumqayıt” qəzetinin 70 illik yubileyi münasibətilə qəzetin əməkdaşları ilə görüşüb, onlara uğurlar arzulayıb.

Zakir Fərəcov bildirib ki, 1952-ci ildən nəşrə başlayan, Sumqayıt şəhərinin tarixində özünəməxsus yeri və rolu olan “Sumqayıt” qəzeti uzun illərdir ki, öz fəaliyyətini uğurla davam etdirir. Qəzet şərəfli yol keçib və bütün zamanlarda qarşısına qoyduğu missiyanın öhdəsindən layiqincə gəlməyə çalışıb, şəhərin salnaməsini yazıb.
Qəzetin baş redaktoru Sübhan Quliyev bundan sonra da yazıb yaradacaqlarını bildirib. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Mətbuat sahəsində səmərəli fəaliyyətinə görə və Sumqayıt qəzetinin 70 illik yubileyi münasibətilə qəzetin əməkdaşlarına fəxri fərmanlar təqdim edib.
Bildirək ki, “Sumqayıt” qəzetinin 70 illik yubileyinin qeyd edilməsi barədə Sumqayıt Şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən sərəncam imzalanıb. Sərəncamda qeyd olunan məsələlər həll edilərək qəzetin səhifələrində yubiley rubrikası açılıb, sənaye, elm, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində redaksiya əməkdaşları ilə görüşlər keçirilib.


www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər