Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə Sumqayıtın dənizkənarı bulvarında konsert proqramı təşkil edilib.
İncəsənət ustaları və rəqs kollektivlərinin çıxışı şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, aprelin 6-da keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu münasibətlə Azərbaycan xalqını və uşağın valideynlərini təbrik ediblər.
On milyonuncu sakinin doğulması münasibətilə gün ərzində şəhərin müxtəlif ərazilərində ağacəkmə aksiyası da təşkil olunub.Şəhərin müxtəlif ərazilərində 10 milyon rəqəmini əks etdirən monitorlar quraşdırılıb.