Bu gün keçirilən Azərbaycan Respublikası Prezidentinin seçkilərində 125 saylı Zəngilan-Qubadlı (26 məntəqə) və 120 saylı Cəbrayıl-Qubadlı dairələri üzrə maraqlı hadisə qeydə alınıb. Belə ki, 108 yaşlı seçici Məsdan Əsədova özü şəxsən seçki məntəqəsinə gələrək öz seçki hüququndan istifadə edib. Eyni zamanda sözügedən dairələr üzrə ilk dəfə olaraq Zöhrab Azəri və Humayın Atakişiyeva da səs verib.