1+1+1

1748

207543cd5515Səbir etmək lazımdır, xanımlar və cənablar. Çünki səbir hirs, əsəb kimi pis vərdişlərdən qurtulmanın ən effektiv üsulu və ürək-damar, sinir sistemi xəstəliklərinin yeganə dərmanıdır. Bəndəniz səbirli olmaq üçün gözəl bir vasitə tapıb. Səbir reseptinin müəllifi görkəmli yazarımız Salam Qədirzadədir. İstifadəsi məsləhətdir, deyim siz də bilin: Deməli, bir kişi həyat yoldaşının zəhərli atmacalarına dözmək üçün sadə və xərc tələb etməyən üsul icad edir. Zövcəsi danışmağa başlayan kimi 1 stəkan suyu götürüb başına çəkib başından 1 tük çıxarır, sonra da ordunu şişirdib üzünə sillə vurur (Reseptin adı da 1+1+1-dir). Vəssalam! Reseptin gözəl fiziki izahı da var. Məsələ orasındadır ki, içilən su daxildə qaynayan “qəzəb qazı”nı beyinə qaldırır. Başdan çəkilmiş tükün yərindən həmin qaz xaricə çıxır, bu zaman oruddan dəyən sillə təzyiqi artırır və qaz daha tez beyindən çıxmış olur. Bax belə! Bu metodun istifadəsindən sonra ürəyimdə və beynimdə əmin-amanlıq, stabillik və sülh yarandı. Görürəm inanmırsan, gəl təcrübədən keçirək. Mən problemləri sadaladıqca, sən reseptdəkilərə əməl ədib səbir et. Başladıq: • Filan qədər xərc töküb ölkəyə əcnəbi inəklər gətirdilər ki, bizim inəklərə Avropa standartlarını öyrətsinlər. Çifayda! Nəticədə yazıq əcnəbi inəklər çərləyib bir ucdan qırılırlar. Başın sağ olsun, fermer qardaşım. 1+1+1 üsulunu et və səbir elə. • Lap elə biri pensiya məsələsi. Təqaüdəçıxma müddəti artır, fikirdən beyni çatlayan və 55-i haqlamağa az ümidi olan potensial azərbaycanlı zəhmətkeş bankomat qarşısında nə vaxtsa dayanacağını xəyal edir. Ət, ət və 1+1+1 üsulunu də et və səbir elə. • 1 ildə 2 dəfə imtahan qasırğasından keçən abituriyent psixoloji-fiziki zəlzələ keçirir. Qəbul olandan sonra da ali məktəbdəki vəziyyəti görüb 3-cü təkanla üzləşirsə, valideyn, dayanma, 1+1+1 üsulunu et və səbir elə. • Papa balaları Avropada avtoşluq edib milyonları sağa-sola səpələyirsə, qoy səpələsin. Sən də ölkədəki yüzlərlə köməyə ehtiyacı olan körpələrə, uşaqlara baxa-baxa (baxa bilsən) Hacı Zeynalabdin Tağıyevə rəhmət oxu və 1+1+1 üsulunu et və səbir elə. • Bir qurumu ləğv edib elə o fason da təzə qurum yaradıb islahat keçirirlər, sonradan rəhmətlik qurumun işçilərinin maaşlarını verməyib onları “ölü”nün – ləğv olunmuş qurumun üzərinə yönəldirlərsə, halal elə məvacibini, zəhmətkeş qardaş, 1+1+1 üsulunu et və səbir elə. • Qanuni məzuniyyəti dövründən cibinin dayazlığı dərdindən orta səviyyədə dincələ bilməyib, yay tətilini bulvar çayxanalarında keçirən, bu gününə şükür edən, ilboyu ağır dərs yükü ilə yüklənmiş müəllim, 1+1+1 üsulunu et və səbir elə. Bəsdir, yoxsa davam eləyim? Qorxuram ki, davam etsəm, köşə şişəcək, oxucunun da başında tük qalmayacaq. Bir yandan da saysız-hesabsız su dolu stəkanlar… Səbir edə-edə yuxuya gedərik, qəflət yuxusuna. Məsələn, mən bu yaxınlarda yuxudan ayıldım ki, bələdiyyə seçkiləri keçiriləcək. Elə bilməyin xəbərim yox idi. Əksinə. Sumqayıt bələdiyyəsindən cəmi-cümlətani 3 şəxsi tanıyıram. Adların çəkməyə ehtiyac yoxdur, elə siz də tanıyırsınız. Qalan 16 nəfəri gördüm deyən yoxdur. Elə bil gizlənqaç oynayırlar. Mən də bir seçici kimi gizləndiyim yerdə səbirlə gözləyirdim ki, üzə çıxsınlar, tanıyım-görüm kimdir onlar. Səbirdən yuxu tutub yatmışam. sumqayıtxəbər.com saytında bələdiyyəmizin üzvləri barədə sorğu keçirilir. Səsvermənin nəticələri isə istənilən lətifədən gülməlidir. Şəxsən nəticələri görüb qəşş ədib özümdən getmişdim. Bir balaca “politika”nız olsun dana. Girin internetə, açın sumqayıtxəbər.com-u səsə verin də özünüzə nə qədər istəyirsən. Nə isə… Səbirdən danışırdıq axı. Biz həqiqətən səbirli xalqıq. Ən azından ona görə ki, 20% torpağımız işğal altındadır. Köşə xoşunuza gəlməzsə, səbirli olun.

YAZARIN DİGƏR YAZILARI

«Mən müəllim аdındаn yüksək аd tаnımırаm»

Fil qulаğı

TQDK-nın əks-kəşfiyyаtı, yохsа…

«Nаbukkо» və Çаldırаn döyüşü

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər